Məhkəmə qərarları › İş №3(012)-1545/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1545/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1545/2024 19.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən: Abşeron DYP YNH baş inspektor, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi: Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəbrayıl rayonu, Şıxalağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron X7 İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Abşeron DYP YNH baş inspektor, polis mayoru X4 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə, saat 17:30 radələrində idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı **-BS-*** dövlət qeydiyyatlı avtomaşınla manevr qaydasını pozaraq Abşeron rayonu, Xırdalan şəhəri, 24cü məhəllə ərazisində hərəkətə başlayarkən eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü ildə, saat 22:30 radələrində sürücülük hüququ olmadan etibarnamə əsasında “CHEVROLET CRUZE” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Vahid küçəsində hərəkət edən zaman idarəetməni itirərək, yolun sağ zolağı ilə hərəkətdə olan “Chevrolet” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı xəsarət almamışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Toğrul Vəliyev hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını və yetkinlik yaşına çatmadığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “CHEVROLET CRUZE” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şəxs Ə.Vahid küçəsində “CHEVROLET CRUZE” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman idarəetməni itirərək, yolun sağ zolağı ilə hərəkətdə olan qarşıdan gələn “Chevrolet” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci və 32.1.2-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini,həmçinin yetkinlik yaşına çatmaması Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, yetkinlik yaşına çatmadığını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar