Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1549/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X1 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Culfa rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, törədilməsi ehtimal olunan inzibati xəta, əmək qanunvericiliyinin pozulması ilə bağlıdır. Yəni təqsirli bilinərək inzibati qaydada tənbeh edilmiş X3 “X6 Mərkəzi” X4 vəzifəli şəxsidir, həmin hüquqi şəxs hüquqi ünvan üzrə ünvan 1ışdır. Belə olan halda, ehtimal olunan inzibati xəta X1 direktoru olduğu “X6 Mərkəzi” X4 ünvanında törədilmiş hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, “X6 Mərkəzi” X4 direktoru X1 tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta onun vəzifəli şəxs kimi səlahiyyətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə məsuliyyətin yaranması üçün qanunverici tərəfindən konkret hallar müəyyən edilmişdir. Belə ki, bu hallar işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsindən (192.4) və işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsindən (192.6) ibarətdir. Odur ki, X3 törədilməsi ehtimal olunan inzibati xətanı iş yeri üzrə törədə bilərdi. Göstərilənlərə əsasən hazırki iş üzrə törədilməsi ehtimal olunan inzibati xəta “X6 Mərkəzi” X4 vəzifəli şəxs olaraq öz vəzifələrini yerinə yetirdiyi, direktoru olduğu müəssisədə, yəni “X6 Mərkəzi” X4 hüquqi ünvan olan Culfa rayonu, Culfa şəhərində törədilmişdir və hazırkı şikayətə onun yaşayış yeri üzrə baxılması haqqında vəsatət əlavə edilməmişdir. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, X1 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 110-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1549/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1549/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver