Məhkəmə qərarları › İş №3(012)-155/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-155/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-155/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2807/2023 saylı qərarına əsasən aidiyyəti üzrə Abşeron Rayon Məhkməsinə daxil olmuş X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan şikayət və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər məhkəməsinə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)-2807/2023 saylı qərardadına əsasən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılması aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin qərardadında inzibati xəta haqqında qərarda xətanın törədildiyi yer kimi Abşeron rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ünvanının göstərilməsini əsas gətirməklə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə inzibati xətanın törədildiyi yer kimi qərarda Abşeron rayonu, Zirə tərəvəzçiliksüdçülük sovxozu ünvanı göstərilsə də həmin ərazi Abşeron rayonunun yurisdiksiyasına aid deyil. Bundan başqa iş materiallarında olan AZE14307470 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X2 ünvan 3 ünvanında qeydiyyatdadır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1 və 132.2-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən hesab edirəm ki, aidiyyətin müəyyən edilməsində mübahisə olduğuna görə iş materialları qəbul edilmiş qərarla birlikdə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 114, 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar