Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1552/2024 23.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi ilə, X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 məhkəməyə qərarlardan şikayət ərizəsi ünvanlayaraq xx.xx.2021 tarixli EQ ******* saylı, xx.xx.2021 tarixli EQ ******* saylı, xx.xx.2021 -ci il tarixli EQ ******* saylı, xx.xx.2024 tarixli EQ ******* saylı, xx.xx.2021tarixli EQ ******* saylı, xx.xx.2021 tarixliEQ ******* saylı, xx.xx.2021 tarixli EQ ******* saylı, xx.xx.2021 tarixliEQ ******* saylı, xx.xx.2021 tarixli EQ 7548224saylı, x Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan şikayət ərizəsinə nəzər yetirərkən məlum olur ki, Nurbala Əmirquliyev tərəfindən qərarları hansı tarixdə alması ilə bağlı heç bir məlumat göstərilməmişdir. Bununla yanaşı şikayət düzgün tərtib olunmamış, belə ki, hər bir qərardan ayrı-ayrı şikayət verilməli olduğu halda qərarlardan ümumi olaraq bir şikayət verilmişdir. Şikayət düzgün tərtib olunmamış, ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə etməmişdir. İş materiallarından göründüyü kimi, X2 barəsində qəbul edilmiş qərardan şikayət Azərbaycan Respublikasının İXM-nin müddəalarına uyğun şəkildə tərtib edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan təkrar məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən 06 dekabr 2021-ci il tarixli EQ8490371 saylı və digər inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1552/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1552/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver