Məhkəmə qərarları › İş №3(012)-156/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-156/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-156/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun və qərarından şikayət verilmiş səlahiyyətli orqan Abşeron rayon Pİ-in X13 Şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.5, 327.2-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023- cü il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023- cü il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron DYPŞ-in əməkdaşı tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2023- cü il tarixli qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 60 manat cərimə olunmuşdur. Abşeron DYPŞ-in əməkdaşı tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2023- cü il tarixli qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 08:24 radələrində idarə etdiyi “Mitsubishi Airtrelc” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Heydər Əliyev prospektində (Saray) hərəkətdə olarkən Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X12 Patrul Xidmətinin inspektoru, polis serjantı X8 ona saxla işarəsi vermiş və o avtomobili saxlamışdır. Həmin vaxt T.Mirzəyev məndən sənədlərini istəmiş və sənədlərini ona təqdim etmişdir. Bundan sonra T.Mirzəyev ona vol-hərəkət qaydalarını pozduğunu dedikdə o hər hansı qaydanı pozmadığını demişdir. Daha sonra inspektor sənədlərini ona qaytarmış və o çıxıb getmişdir. Həmin vaxt onun barəsində hər hansı bir protokol tərtib edilməsi barədə ona heç bir məlumat verməmişdir. Təxminən 30 dəqiqə sonra istifadəsində olan mobil nömrəyə sms gəlmiş və ona məlum olmuşdur ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X12 Patrul Xidmətinin inspektoru, polis serjantı X8 onu təqsirli olmağı barədə protokol tərtib etmiş və qərar qəbul etmişdir. Qərara əsaasən Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsi ilə (Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) və 327.2-ci maddəsi ilə (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə) təqsirli bilinmiş, o, 60 (altmış) manat məbləğində cərimə edilməklə 3 bal tətbiq edilmişdir. Onun yol-hərəkəti qaydalarını pozmasını təsdiq edən hər hansı bir sübutu ona təqdim etməmiş və ya qəbul edilmiş qərara əlavə etməmişdir. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X12 Patrul Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 342.5, 327.2-ci maddələri ilə təqsirli olması barədə gəlinmiş qənaət yanlışdır və o yol hərəkəti qaydalarını pozmamışam. Ona görə də Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023- cü il tarixli, TP seriyalı, ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Abşeron rayon Pİ-in X13 Şöbəsinin nümayəndəsi X8 şikayətçinin dəlilləri ilə razılaşmayaraq məhkəməyə müvafiq sənədləri və videogörüntünü təqdim edərək, izahatında göstərmişdir ki, X6 idarə etdiyi “Mitsubishi Airtrelc” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 08:24 radələrində Abşeron rayonu, Heydər Əliyev prospektində (Saray) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçərək, hərəkətinə davam etmiş, saxlanıldıqdan sonra idarə etdiyi avtomobildə xarici işıq cihazlarının nasaz olması və belə nasazlığın aradan qaldırılması mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən barəsində İXM-nin 342.5, 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023- cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 60 manat məbləində cərimə edilmişdir. X3 müvafiq xətanı törətməsi iş materialları ilə, həmçinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə tam təsdiq edilir. YPX əməkdaşı tərəfindən inzibati xəta barədə X5 məlumat vermiş, inzibati xəta haqqında protokol tərtib etmiş, lakin, X6 avtomobilini sürərək uzaqlaşdığından inzibati xəta haqqında protokolu təqdim etmək mümkün olmamış, həmin protokol onun telefonuna göndərilmişdir. İnzibati xəta haqqında protokola baxılması barədə X5 məlumat vermişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023- cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X6 barəsində Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.2-ci maddəsinə əsasən inzibati qaydada 60 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin İ-ci hissəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). İİ hissəsinə əsasən yol nişanları 7 qrupdan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəcik) Həmin Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Qanunun 65-ci maddəsinin İ-ci hissəsinin tələbinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 4.3 nömrəli dairəvi hərəkət olan yol nişanı məcburi hərəkət istiqamətini bildirən yol nişanları qrupuna daxildir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qanunun 79-cu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi məsuliyyətə səbəb olan pozuntu hesab edilir. Qanunun 81-ci maddəsinə əsasən həmin qanunun 79-80-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və ya mülkihüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə «Mitsubishi Airtrelc” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 rayonu, Heydər Əliyev prospektində (Saray) hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçmə qaydasını pozmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar həmin ərazidə xidmət aparan Abşeron rayon Pİ-in DYPŞ-in inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5, 327.2ci maddəsilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Şikayətçi şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, hərəkətdə olduğu zaman ondan qarşıda avtobusun dayanacaqda dayanması və sair kimi dəlillər gətirsə də təqdim edilən videogörüntüdən görünür ki, X3 idarə etdiyi avtomobillə Abşeron rayonu, Heydər Əliyev prospektində (Saray) hərəkətdə olarkən maneəni kənardan keçmə qaydasını bildirən 1.1, 1.3 və 1.11 yol nişanın tələblərini pozması müəyyən olunur. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməli, qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; Həmin Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 barəsində qəbul edilmiş Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar