Məhkəmə qərarları › İş №3(012)-1562/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1562/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1562/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının, X2, inzibati xəta törədən Şəxs Elbrus oğlunun, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin sahə rəisi, polis baş leytnantı X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan Şəxs Elbrus oğlunun barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Elbrus oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-cimaddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin sahə rəisi, polis baş leytnantı X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs Elbrus oğlu xx.xx.2020-ci il tarixdə saat 02: radələrində ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə bağlı qaydaları pozmuş, nəticədə Şəxs Elbrus oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin sahə rəisi, polis baş leytnantı X3 tərəfindən tərtib edilmiş protokola əsasən xx.xx.2020-ci il tarixdə saat 22:30 radələrində komendant rejimi ilə əlaqədar olaraq bir nəfər Şəxs Elbrus oğlu adlı şəxs ölkədə tətbiq edilmiş hərbi rejim qaydalarını pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs Elbrus oğlu inzibati xəta törətməsini qəbul etməyərək izahatında bildirdi ki, o, Bakı şəhərində Ramana qəsəbəsində yaşayır, xx.xx.2020-ci il tarixdə saat 18:50 radələrində Xırdalan şəhərində işini qurtarıb taksi ilə evinə gedərkən cəbhə bölgəsində şəhid olmuş əsgərin meyitinin aparılması ilə əlaqədar Xırdalan dairəsində yaranmış tıxacda bir saat on beş dəqiqə, Ekologiya postu yaxınlığında yaranmış tıxacda isə saat 21:30 radələrinə kimi qalmışdır. Əgər yolda tıxac olmasa idi o, saat 21:00-a kimi evində ola bilərdi. Ona görədə onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Prezidentinin “Hərbi vəziyyət elan edilməsi” haqqında fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Eyni zamanda Azərbaycan Respublikası Milli Məclisi ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatının tətbiq edilməsini qərara almışdır. Azərbaycan Prezidentinin “Hərbi vəziyyət elan edilməsi” haqqında fərmanı ilə əlaqədar səhiyyə və sosial sahə üzrə qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarüki, təhcizatı saxlanması və topdan satışı üzrə əməkdaşların həərəkətinə icazə verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Elbrus oğlunun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi kiBelə ki, məhkəmə zamanı müəyyən edildi ki, Şəxs Elbrus oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş inzibati protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs Elbrus oğlunun Bakı şəhəri, Ramana qəsəbəsində yaşadığı, xx.xx.2020-ci il tarixdə saat 18:50 radələrində Xırdalan şəhərində işini qurtarıb taksi ilə evinə gedərkən cəbhə bölgəsində şəhid olmuş əsgərin meyitinin aparılması ilə əlaqədar Xırdalan dairəsində yaranmış tıxacda bir saat on beş dəqiqə, Ekologiya postu yaxınlığında yaranmış tıxacda isə saat 21:30 radələrinə kimi qalması və onun iradəsindən asılı olmayaraq hərbi vəziyyət rejimini pozduğu müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsinin dispozisiyasına görə hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulması hərəkətləri həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə zamanı isə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Elbrus oğlunun hərəkətində hərbi vəziyyət rejiminin pozulmasının əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatlar ıilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 367.0.2, 416, 425.1.3, 425.2.1, 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Elbrus oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin517-2.6-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar