Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1563/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Hacıxanov Elçinin iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, mənzil 94 -də yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Abşeron rayonu, Saray qəsəbəsində olmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis baş leytenantı, Hacıxanov Elçin məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X1 tərəfindən tərtib edilmiş raporta əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, mənzil 94 –də yaşayan Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Abşeron rayonu, Saray qəsəbəsində olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 01 oktyabr 2020-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olarkən, polis əməkdaşları onu saxlatmışdır. Sorğu zamanı polis əməkdaşlarına komendant saatı vaxtında xüsusi icazə vərəqəsinin olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhər icra şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1563/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1563/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver