Məhkəmə qərarları › İş №3(012)-1564/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1564/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1564/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının, X2, inzibati xəta törədən Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin sahə rəisi, polis baş leytnantı X1 iştirakları ilə, xx.xx.1970-cı il tarixdə Cəbrayıl rayonu, Daşveysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləyən, Bakı, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-cimaddəsilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517- 2.1-cimaddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin sahə rəisi, polis baş leytnantı X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:10 radələrində ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə bağlı qaydaları pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin sahə rəisi, polis baş leytnantı X3 tərəfindən tərtib edilmiş protokola əsasən xx.xx.2020-ci il tarixdə saat 21:10 radələrində komendant rejimi ilə əlaqədar olaraq bir nəfər Şəxs adlı şəxs ölkədə tətbiq edilmiş hərbi rejim qaydalarını pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etməyərək izahatında bildirdi ki, o, Bakı şəhərində NZS adlanan hissədə yaşayır, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində xarab olmuş avtomobilini Abşeron rayonu, Xırdalan şəhərində olan ustaya verib taksi ilə evinə gedərkən cəbhə bölgəsində şəhid olmuş əsgərin meyitinin aparılması ilə əlaqədar Xırdalan dairəsində yaranmış tıxacda bir saat on beş dəqiqə, Ekologiya postu yaxınlığında yaranmış tıxacda isə saat 21:10 radələrinə kimi qalmışdır. Əgər yolda tıxac olmasa idi o, saat 21:00-a kimi evində ola bilərdi. Ona görədə onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) vəinzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytnantı X3 tərəfindən tərtib edilmiş inzibati protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs Bakı şəhərində yerləşən NZS adlanan hissədə yaşadığını, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində xarab olmuş avtomobilini Abşeron rayonu, Xırdalan şəhərində olan ustaya verib taksi ilə evinə gedərkən cəbhə bölgəsində şəhid olmuş əsgərin meyitinin aparılması ilə əlaqədar saat 21:10 radələrinə kimi Xırdalan dairəsində yaranmış tıxacda, oranı keçdikdən sonra isə Ekologiya Postu yaxınlığında yaranmış tıxacda qaldığı və iradəsindən asılı olmayaraq hərbi vəziyyət rejimini pozduğu müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinin dispozisiyasına görə xüsusi icazə vərəqəsi və (və ya) єəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmaq hərəkətləri həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə zamanı isə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hərəkətində hərbi vəziyyət rejiminin pozulmasının əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatlar ıilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 367.0.2, 416, 425.1.3, 425.2.1, 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar