Məhkəmə qərarları › İş №3(012)-1564/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1564/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1564/2024 06.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən daxil olmuş İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 11:30 radələrində özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Saipa-Tiba" markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Novxanı kəndi, Masazır-Novxanı yolu ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan piyada qismində yol keçən 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP YNH baş inspektoru, polis mayoru X3 tərəfindən 16 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, «B» kateqoriyalı sürücülük hüququna malikdir. 13 dekabr 2023-cü il tarixdə, saat 11:30 radələrində o özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Saipa-Tiba" markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxıb Novxanı qəsəbəsinə getmək üçün Masazır-Novxanı yolu ilə hərəkət etməyə başlamışdı. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və iki zolaqlı idi. Həmin vaxtı ondan başqa avtomobildə heç bir sərnişin və ya yük olmamışdır. Belə ki, keçmiş "Dalqa" ticarət mərkəzinə çatmamış işıqforun yaşıl siqnalında hərəkətinə davam edərkən sağ zolağda qırmızı işıqda dayanmış avtomobillərin arasından piyada keçidi olmayan yerdən qəfildən çıxan yaşı təxminən 10-12 olan oğlan idarə etdiyi avtomobilin qabaq sağ qapısının güzgüsünə eləyərək yerə yıxılmışdır. Qəzanın baş verdiyini görərək dərhal avtomobilini saxlayıb, hadisənin yerinin yaxınlığında olan uşağın anası və nənəsi ilə birlikdə piyada uşağı yerdən qaldırıb avtomobilinə əyləşdirib yaxınlıqdakı Novxanı poliklinikasına çatdırmışdı, hadisə nəticəsində uşaq alın nahiyəsindən xəsarət almışdır. Poliklinikada olan vaxtı yol polisin əməkdaşları gələrək hadisə ilə bağlı maraqlanmışlar. Daha sonra uşaq təcili tibbi yardım maşını ilə X6 çatdırılmışdır. Hadisə anında hava küləksiz və yağmurlu idi, yol örtüyü isə asfalt-beton olmaqla yaş idi. Hadisə baş verən günü 13 dekabr 2023-cü il tarixdə o heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdi. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu var. Hadisə baş verən vaxtı o avtomobili 10-20 km/saat surətlə idarə etmişdir. İzahatının sonunda isə barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 11:30 radələrində özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Saipa-Tiba" markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Novxanı kəndi, Masazır-Novxanı yolu ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan piyada qismində yol keçən 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Abşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 2754 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin qançırı, üst çənədə sağdan İİ və İV dişlərin tac hissələrinin travmatik qopması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cu il tarixdə yolnəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 11:30 radələrində özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Saipa-Tiba" markalı **- ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Novxanı kəndi, Masazır- Novxanı yolu ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan piyada qismində yol keçən 2013cü il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar