Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-157/2021 14.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil İlyaz qızının, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X5 oğlunun iştirakı ilə, 01.11.198-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X5 oğlu protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində şəxsi istehlak miqdarında satış məqsədi olmadan narkotik maddələr üzərində saxlamışdır. Bununla da Şəxs, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, narkotik vasitə istifadəçisi deyil. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. 2020-ci ilin avqust ayında “İnstagram" sosial şəbəkəsində xatırlamadığı səhifədə tanımadığı şəxsin narkotik vasitə olan nəşə satdığını görmüşdür. Həmin şəxsin Türkiyə Cümhuriyyətinə məxsus xatırlamadığı mobil nömrə ilə “whatsapp" proqramı vasitəsilə mesaj yazaraq əlaqə saxlamış, həmin şəxs bir bükümü 20 manata satdığını bildirmişdir. Həmin şəxs bank kartının nömrəsini ona göndərmiş, o, da bank kartına 20 manat yükləmişdir. Təxminən 40-50 dəqiqə sonra həmin şəxs ona mesaj yazaraq narkotik vasitənin Bakı şəhəri, Nərimanov rayonunda "MetroPark" ticarət mərkəzinin sağ tərəfində ağacın dibində olduğunu demişdir. Həmin yerin şəklini ona göndərmişdir. O, həmin yerə getmiş və narkotik vasitənin orada olduğunu görmüşdür. Həmin narkotik vasitə siqaret qutusunda olmuşdur. O, narkotik vasitəni götürərək bir müddət gizlətmişdir. xx.xx.2020-ci il tarixdə dostları Əliyev Polad ilqar oğlu və Kamranlı ibrahim Məhərrəm oğlu ilə birlikdə doğum günümü qeyd etmək məqsədilə görüşmüşdür. Həmin vaxtı narkotik vasitəni qəbul etmək məqsədilə gizlətdiyi yerdən götürmüşdür. 01.11,2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllədə "Şah" marketin yaxınlığında üç nəfər tanımadığı polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamışlar. Şəxs həmçinin narkotik vasitəni aldığı şəxsin bank hesab nömrəsini və mobil nömrəsini xatırlamadığını, narkotik vasitələrdən heç kimə satmadığını, heç kimə hədiyyə vermədiyini, həmin maddəni öz istifadəsi üçün saxladığını, aşkar olunmuş kütlədən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamadığı, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmadığını izahatında göstərmişdir.. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil İlyaz qızı hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini təsdiq edərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə məhkəmə-bioloji ekspertizası təyin edilməsi barədə qərar qəbul edilərək ƏN-nin MEM-nə göndərilmişdir. ƏN-nin MEM-nın 02.11..2020-ci il tarixli 7/774 nömrəli rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,17 qram,0.2 qram,0,234 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 0.234 qramdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil İlyaz qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1( bir) ay müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ümumi xalis çəkisi 0.234 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, məhv edilsin. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs X4 oğluna məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil İlyaz qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-157/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-157/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver