Məhkəmə qərarları › İş №3(012)-157/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-157/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-157/2022 09.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1, xx.xx.1982-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesində yerləşən yataqxanada yaşayan (050)-868-18-56 X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 10.01.2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 26.11.2021-ci ii tarixdə, saat 12 radələrində Şəxs sürücüsü olduğu «Daevoo» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı «135» nömrəli marşrut avtobusu ilə Xırdalan şəhəri, El.Əliyev prospektində Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan zaman Xırdalan şəhər Mədəniyyət Evinin qarşısında yerləşən dayanacağın yaxınlığında yolun sağ hərəkət zolağından sol zolağına keçən zaman arxadan sol zolaqla gələn nəqliyyat vasitələrinin tam keçib getməsini gözləmədən hərəkətini davam etdirməklə manevr etmə qaydasını pozmuş və qəfil əyləcləmə edərək arxadan öz yolu ilə hərəkətdə olan avtomobillə toqquşmadan yayınmışdır. Lakin qəfil dayanma nəticəsində avtobusun salonunda olan sərnişinlər müvazinətlərini itirərək yıxılmışlar müraciət müəllifinin qızı X3 isə sağ aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının hematomasından ibarət yüngül dərəcəli bədən xəsarəti aldığı üçün X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 izahatında bildirdi ki, Faiq Xaliqoğlu» şirkətində sürücü vəzifəsində işləyir və həmin şirkətə məxsus «Daevoo» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı «135» nömrəli marşrut avtobusunu idarə edir. 26.11.2021 -ci ıl tarixdə o, marşrutu üzrə Xırdalan şəhəri «Qafqaz» universitetinin qarşısından Bakı şəhəri «Memar Əcəmi» metrostansiyasına sərnişin aparan zaman təxminən saat 12 radələrində Xırdalan Şəhər Mədəniyyət Evinin qarşısında olan dayanacağa çatarkən hərəkət zolağının sağ hissəsində nəqliyyat vasitələri saxladığından o, idarə etdiyi nəqliyyat vasitəsini sola doğru çəkmək məcburiyyətində qalmışdır. Buna görə də o, yan güzgülərə baxmış və arxadan gələn maşınların piyadalara yol veridkiərini görmüş, lakin tam onun arxasında, orta hissədə avtomobil olduğunu görməmişdir. Sola doğru hərəkətə başladığında isə arxadakı həmin avtomobil də sürməyə başlayıb onun sol hissəsinə çatdığından o, toqquşmadan yayınmaq üçün qəfil əyləcləmə etmişdir. Bu zaman avtobusda ayaq üstə olan sərnişinlə müvazinətlərini itirərək arxadan önə doğru gələrək tutacaq borularına dəymişlər. Bundan sonra o, idarə etdiyi avtobusu yolun kənarına çəkərək saxlamış və sərnişinlərin səhhətləri ilə maraqlanmış və orada olan sərnişinlər düşüb getmişlər. Həmin vaxt sərnişinlərin çoxu ona qorxduqlarını desələr də xəsarət alması barədə heç kim ona məlumat verməmişdir. Bir neçə dəqiqə orada dayandıqdan sonra həmin insanlar yenidən avtobusa minmişlər və onlar yollarına davam etmişlər. O, əlavə olaraq hadisə zamanı avtobusda təxminən 60-70 nəfər sərnişin olduğunu və hadisədən sonra həmin sərnişinlərdən hər hansı birinin ona yaxınlaşıb xəsarət alması barədə məlumat vermədiyi üçün Zərərçəkmiş şəxs da xəsarət alıb-almaması barədə məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 25.12.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 26.11.2021-ci ii tarixdə, saat 12 radələrində Şəxs sürücüsü olduğu «Daevoo» markalı, **-TG-*** d.q.n «135» nömrəli marşrut avtobusu ilə Xırdalan şəhəri, El.Əliyev prospektində Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan zaman Xırdalan şəhər Mədəniyyət Evinin qarşısında yerləşən dayanacağın yaxınlığında yolun sağ hərəkət zolağından sol zolağına keçən zaman arxadan sol zolaqla gələn nəqliyyat vasitələrinin tam keçib getməsini gözləmədən hərəkətini davam etdirməklə manevr etmə qaydasını pozmuş və qəfil əyləcləmə edərək arxadan öz yolu ilə hərəkətdə olan avtomobillə toqquşmadan yayınmışdır. Lakin qəfil dayanma nəticəsində avtobusun salonunda olan sərnişinlər müvazinətlərini itirərək yıxılmışlar müraciət müəllifinin qızı X3 isə sağ aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının hematomasından ibarət yüngül dərəcəli bədən xəsarəti aldığı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmış və qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 26.11.2021-ci ii tarixdə, saat 12 radələrində Şəxs sürücüsü olduğu «Daevoo» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı «135» nömrəli marşrut avtobusu ilə Xırdalan şəhəri, El.Əliyev prospektində Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan zaman Xırdalan şəhər Mədəniyyət Evinin qarşısında yerləşən dayanacağın yaxınlığında yolun sağ hərəkət zolağından sol zolağına keçən zaman arxadan sol zolaqla gələn nəqliyyat vasitələrinin tam keçib getməsini gözləmədən hərəkətini davam etdirməklə manevr etmə qaydasını pozmuş və qəfil əyləcləmə edərək arxadan öz yolu ilə hərəkətdə olan avtomobillə toqquşmadan yayınmışdır. Lakin qəfil dayanma nəticəsində avtobusun salonunda olan sərnişinlər müvazinətlərini itirərək yıxılmışlar müraciət müəllifinin qızı X3 isə sağ aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıqbaldır oynağının hematomasından ibarət yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, Fizuli rayonundan məcburi köçkün olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını və yüngülləşdirən halları nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri, Binəqədi rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar