Məhkəmə qərarları › İş №3(012)-1572/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1572/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1572/2024 21.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili “AAA” Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3 və 329.1-ci maddələri ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 16/1-183150 saylı, 04 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) və 40(qırx) manat məbləğində inzibati cərimə növündə iki inzibati tənbeh tətbiq edilmişdir. X12 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023cü il tarixli, 3(012)-2140/2023 saylı qərarı ilə onun barəsində EQ 17221387 saylı protokola əsasən qəbul edilmiş 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün qərarı qəbul edilmiş Azərbaycan Respublikası Baş X15 İdarəsinə göndərilmişdir. Habelə, Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 3(012)-2139/2023 saylı qərarı ilə onun barəsində EQ 17079746 saylı protokola əsasən qəbul edilmiş 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X15 İdarəsinə göndərilmişdir. Uzun müddət keçməsinə baxmayaraq inzibati araşdırmanın nəticəsi barədə məlumat verilmədiyinə görə, məlumat almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə və Abşeron Rayon Polis İdarəsinin X16 Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 26 aprel 2024-cü ildə daxil olmuş 04 aprel 2024-cü il, 3-xxxx/2610/24 saylı məktubu ilə Abşeron Rayon Məhkəməsinin qərarlarına baxılmasının nəticəsi barədə qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə 04 aprel 2024-cü il tarixli qərarı Əliyev Rövşənə təqdim edilmişdir. Həmin qərarda göstərilmişdir ki, inzibati xəta haqqında işlərə yenidən baxılarkən törədilmiş yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmiş, habelə həmin dövr üçün nəqliyyat vasitəsinin yalnız Rövşən Əliyevin istifadəsində olması müəyyən edilmişdir. Aşağıdakılara əsasən, İnzibati xəta haqqında iş üzrə 04 aprel 2024-cü il tarixli qərar əsassız və qanunsuzdur. Belə ki: İnzibati xəta hadisələrinin törədilməsi zamanı idarə olunan Mercedes Benz GLS markalı 10AF499 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin göstərilən tarixlərdə və saatlarda onun tərəfindən idarə olunmasına dair polis orqanının qənaəti yenə də qeyri-müəyyən xarakterlidir. Göstərilən tarixlərdə və saatlarda həmin nəqliyyat vasitəsi oun tərəfindən idarə olunmamışdır. Şikayətə baxılması zamanı Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş "xxxx" X9 tərəfindən verilmiş 01 iyul 2023-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" X3 məxsus “Mercedes Benz GLC” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2 ay müddətində - 01 sentyabr 2023-cü il tarixədək X6 etibar etmişdir. Yəni inzibati xəta hadisələrinin törədilməsi zamanı həmin nəqliyyat vasitəsinin idarə olunmasına səlahiyyəti olmamışdır. Məhkəməyə təqdim edilmiş onunla "xxxx" X9 arasında bağlanmış 01 iyul 2023-cü il tarixli Xidmət Müqaviləsinin 5.1-ci bəndinə əsasən, həmin müqavilə 2 (iki) ay müddətində - 01 sentyabr 2023-cü ilədək qüvvədə olmuşdur. Habelə, polis orqanı tərəfindən sürət həddinin aşılmasına görə tərtib edilən inzibati protokolda (EQ********) Mersedes Benz GL 250 markalı 10AF499 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı sürət həddinin aşılmasına istinad olunan yer kimi Bakı-Şamaxı- Yevlax yolunun 129-cu km göstərilmişdir. Həmin məlumatın uydurma xarakter daşıdığı, nəqliyyat vasitəsinin həmin tarixdə Bakı şəhərindən Şamaxı şəhərinə doğru hərəkətdə olduğu, Şamaxı şəhərindən kənara və ya daha uzağa keçilmədiyi və Şamaxı şəhərinin isə Bakı Şamaxı yolunun 122 km-də yerləşdiyi bildirildikdən sonra, iş məhkəmənin icraatında olduğu dövrdə polis orqanı tərəfindən həmin məlumatlar süni şəkildə dəyişdirilmiş inzibati xəta hadisəsinin qeydə alınma yeri M-4, Bakı-Şamaxı-Yevlax yolu, 118 km kimi göstərilmişdir. Bununla bağlı elektron sistemdən çıxarışlar məhkəməyə təqdim edilmiş və polis orqanının elektron sistemə müdaxiləsi öz təsdiqini tapmışdır. Belə olan halda, istinad olunan inzibati xəta hadisəsinin qeydə alındığı yerdə sürət həddinin 60 km/saat olması və Mersedes Benz GL 250 markalı 10AF499 dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən sürət həddinin aşılmasına dair mülahizələrdə şübhəli xarakter daşıyır. Habelə, EQ 17221387 saylı inzibati protokol üzrə qeydə alınmış inzibati xəta hadisəsinin mənim tərəfimdən törədilməsi öz təsdiqini tapmamışdır. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 3(012)-2140/2023 saylı və 3(012)-2139/2023 saylı qərarlarında göstərilmişdir ki, inzibati xəta hadisəsinin törədilməsi zamanı idarə olunan nəqliyyat vasitəsinin göstərilən tarixdə və saatda şikayətçi tərəfindən idarə olunmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmədə həm də müəyyən edilmişdir ki, qərar qəbul olunarkən tam və obyektiv araşdırma aparılmamışdır. Polis orqanının məhkəmənin mövqeyini nəzərə almadan və heç bir mötəbər dəlilə istinad etmədən yenidən inzibati xəta hadisələrinin onun tərəfindən törədilməsinə dair mövqeyi saxta, uydurma və qərəzli xarakter daşıyır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü və 329.1 -ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə onun barəsində 200 və 40 manat məbləğində inzibati cərimə növündə iki inzibati tənbeh tətbiq edilmişdir. Əliyev Rövşən onun barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. Ona görə də məhkəmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3 və 329.1-ci maddələri ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili “AAA” Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X8 inzibati tənbeh vermə haqqında qərarı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, sözügedən xəta haqqında "xxxx" X7 sorğu verilmiş və "xxxx" X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə ünvanlanmış 09 fevral 2024-cü il tarixli sorğuyua cavab məktubunda göstərilmişdir ki, uzun müddət keçdiyindən “Mercedes Benz” markalı, **-AF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə kim tərəfindən faktiki idarə edilməsi barədə məlumatı müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa inzibati material üzrə sübuti əhəmiyyət daşıyan foto-şəkilləri də məhkəməyə təqdim etmişdir.Odur ki, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X8 tərəfindən təqdim olunmuş foto şəkillər tədqiq olunan “Mercedes Benz” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 24 sentyabr 2024-cü il və 01 oktyabr 2023-cü il tarixdə X10 tərəfindən idarə olunmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, X10 Azərbaycan Respublikası İXM-in 328.3 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat və 40 manat məbləğində iki inzibati cərimə iki inzibati tənbeh tətbiq edilmişdir. 04 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 tərəfindən İXM-in 328.3 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- iki yüz manat məbləğində cərimə edilir. 343.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin qanunvericiliyin bu tələbinə, həmçinin Abşeron Rayon Məhkəməsinin qərarları ilə X5 şikayətləri qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına baxmayaraq Baş X15 İdarəsi tərəfindən yenidən obyektiv araşdırma aparılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, mötəbər sübutlara əsaslanmadan qərar qəbul edilməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların tədqiq edilməsi zamanı Rövşən Əliyevin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Belə olan halda məhkəmə hesab edir ki, X10 barəsində Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-183150 nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir mötəbər sübuta istinad edilmədən qəbul edilmiş, Rövşən Əliyevin təqsirliliyi sübut edilməmiş, belə ki, müvafiq inzibati xəta baş verən tarixlərdə avtomobilin məhz Rövşən Əliyev tərəfindən idarə edilməsi müəyyən olunmamışdır,həmçinin inzibati xəta baş verən tarixlərdə Rövşən Əliyevin adına verilmiş etibarnamənin müddətinin bitməsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir,inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir.Odur ki, məhkəmə hesab edir ki, şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında mövcud olan qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən X10 barəsində qəbul edilmiş 04 aprel 2024-cü il tarixli 16/1-183150 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar