Məhkəmə qərarları › İş №3(012)-1574/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1574/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1574/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Zərərçəkmiş şəxs7 Müdafiəçi: Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.2004-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Birinci Şahsevən Ə/D, Birinci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmov izahatında göstərdi ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə İbrahimli Fuad Bəxtiyar oğlunu sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 500 manat, xx.xx.2025-ci il tarixdə Novruzlu Qələndar Rasim oğlunu sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 120 manat, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs6 sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 270 manat xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 Fizuli oğlunu sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 90 manat, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 230 manat, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 sosial şəbəkə vasitəsi ilə, telefon satacağı adı ilə aldadaraq ona 60 manat, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs5 sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 180 manat maddi ziyan vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir. Hər bir fakt üzrə araşırılma aparılmış, əməldə cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət təqibi üzrə icraata xitam verilmiş, Zərərçəkmiş şəxs7 tərəfindən törədilmiş inzibati xətalara görə protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta hadisəsi nəticəsində vurulmuş zərərlərdən hər hansı miqdarda ödəniş edilmədiyini, epizodların çoxluğunu nəzərə alaraq, Zərərçəkmiş şəxs7 barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs7 onun tərəfindən törədilməsinə istinad olunan inzibati xəta əməllərini törətməsinə dair sübutların olmadığını, belə ki, həmin vəsaitlərin onun kart hesabına köçürülməsinin və onun tərəfindən çıxarılmasının sübut edilmədiyini, lakin bəzi epizodlarla bağlı xırda məbləğlərlə vəsaitin onun hesabına köçürüldüyünü bildirmiş, buna baxmayaraq yaxın günlərdə zərəri tam şəkildə ödəmək istədiyini qeyd etmişdir. Özünü həmin əməllərin bəzilərinin törədilməsində təqsirli bildiyini, lakin ziyanı ödəməyə hazırda imkanı olmadığunı bildirməklə əməlindən peşman olduğunu, etdiyi əməli bir daha təkrarlamayacağını qeyd edərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs7 barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini, şəxsin döyülmə faktı ilə bağlı məsələnin araşdırılması üçün tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. 08 iyul 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 18:00dan məhdudlaşdırılmışdır.

2. Inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 sosial şəbəkə vasitəsi ilə, telefon satacağı adı ilə aldadaraq ona 60 manat məbləğində maddi zərər vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir.

3. Inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 230 manat, məbləğində maddi zərər vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir.

4. Inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə Novruzlu Qələndar Rasim oğlunu sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 120 manat, məbləğində maddi zərər vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir.

5. Inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 Fizuli oğlunu sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 90 manat, məbləğində maddi zərər vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir

6. Inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs5 sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 180 manat, məbləğində maddi zərər vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir

7. Inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs6 sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 270 manat, məbləğində maddi zərər vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir

8. Inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixdə İbrahimli Fuad Bəxtiyar oğlunu sosial şəbəkə vasitəsi ilə telefon satacağı adı ilə aldadaraq ona 500 manat, məbləğində maddi zərər vurmaqla xırda talama inzibati xəta əməlini törətmişdir

,, Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs7 haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətaların xarakterini, şəraitini, təqsirinin dərəcələrini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, bu cür hərəkətləri ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alıb, barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs7 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 30 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 08 iyul 2024-cü il saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs7 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar