Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1575/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Ramin Abbasovun, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Sahib Əliyevin, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Rəşad Salahovun, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Ramin Abbasov protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Sahib Əliyev protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Rəşad Salahov protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs onu telefon vasitəsilə bolt xidmətinə profil yaradacağını vəd verərək aldatmaqla 50 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərdi ki, əməlindən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəkdir. Məhkəmə iclasında müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 oğlu Şəxs izahatına uyğun izahat verdi. Məhkəmədən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 18:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs1 telefon vasitəsilə bolt xidmətinə profil yaradacağını vəd verərək aldatmaqla 50 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs2 sosial şəbəkədə aldadaraq bolt proqramını bərpa etməyi vəd verərək 400 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs3 sosial şəbəkə vasitəsi ilə aldadaraq bolt proqramını bərpa etməyi vəd etməklə 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs4 sosial şəbəkədə aldadaraq bolt tətbiqinə daxil edəcəyinə vəd verərək onun 200 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs5 bolt şirkətinə qoşacağını vəd edərək whatsapp vasitəsi ilə aldadaraq 45 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs6 sosial şəbəkədə aldadaraq 362 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs7 sosial şəbəkədə aldadaraq bolt tətbiqində profilini bərpa edəcəyini vəd edərək 60 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs8 aldadaraq bolt şirkətinə qoşacağına köməklik edəcəyini vəd verərək 30 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs9 Araz oğlunu bolt şirkətində qeydiyyatdan keçirmək adı ilə aldadaraq 76 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-816/2023 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Şəxs 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Şəxs əməlindən səmimi peşman olması yüngülləşdirici hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyərək, sonuncularınn ondan şikayətçi olmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il saat 18:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər X6
Məhkəmə qərarları › İş №3(012)-1575/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1575/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver