Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-158/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Yol Patrul Xidməti İnzibati qrup tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Patrul Xidməti İnzibati qrup tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qərardan şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində ona məxsus Kia Sorento markalı, 10CE666 dövlət nömrə nişanlı avfotomobili ilə Ceyranbatan qəsəbəsi istiqamətindən üzü Bakı Şəhəri istiqamətində hərəkətdə olarkən smartfon cihazını əlində tutduğu üçün 99YP756 dövlət nömrə nişanlı avtopatrul tərəfindən saxlanılmışdır.Polis baş serjantı X1 səbəbi telefondan istifafə etdiyini əsas gətirmişdir. İnspektora telefonu əlində saxladığını və burda qayda pozuntusu olmadığına dair dəlillər gətirsə də inspektor buna məhəl qoymamış və haqqında protokol tərtib etmişdir. AR İXM-nin 342.6-cı maddəsi ilə bağlı maraqlı məqam "telefonu əldə saxlamaqla ondan istifadə edilməsi" ifadəsidir. Belə ki, qeyd olunan ifadə iki məsələni 1 telefonun əldə saxlanılması, lakin istifadə edilməməsi və 2 telefonun əldə saxlanmadan, məsələn, çiyin vasitəsilə saxlayaraq istifadə edilməsi - sual altına qoyur. Bu qadağa sürücülərin qulaqlıqlardan və ya reproduktorlardan (səs ucaldıcılardan) istifadə etdiyi hallara şamil olunmur. Amma telefonu əldə saxlamaqla istifadə edilməsi qeyd edilmədiyi təqdirdə AR İXM-nin 342.6 maddəsində o zaman sürücü qulaqlıq vasitəsi ilə danışdığı hallarda da inspektorlar tərəfindən cərimələnə bilərdi. Məhz bu səbəbdən “telefonu əldə saxlamaqla ondan istifadə edilməsi” AR İXM-342.6-cı maddəsində qeyd olunub. Azərbaycan lüğətinə nəzər salsaq “telefon” dedikdə “danışığı uzaq məsafəyə verən qurğular sistemi - elektrik rabitə növü, habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat” nəzərdə tutulur. Göründüyü kimi, Azərbaycan lüğətində qeyd olunan anlayış bir qədər köhnə aspektdə ifadə olunub, smartfon cihazların olmadığı dövrdə və “ənənəvi” telefon anlayışını əhatə edir. Göstərilənləri nəzərə alaraq, haqqında tərtib olunan İXP ******* nömrəli protokolun əsassız olduğunu, sadaladığı xüsasatların araşdırılması və haqqında qəbul edilmiş qərarın ləğv edilməsi barəsində qərar çıxartmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il saat 12:17 tarixində Abşeron.K. Hüseynov (Ceyranbatan).3 ərazidə KİA SORENTO minik markalı 10CE666 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə 50 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.6-cı maddəsinə görə nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 Yol Patrul Xidməti İnzibati qrup tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Qərarların ləğvi üçün şikayətçinin dəlillərini təsdiq edən sübutlar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Yol Patrul Xidməti İnzibati qrup tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati qərardan şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Yol Patrul Xidməti İnzibati qrup tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-158/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-158/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver