Məhkəmə qərarları › İş №3(012)-1580/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1580/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1580/2024 29.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis mayoru X10, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, mayoru X10 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis mayoru X10 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman idarə etdiyi “Toyota Prius” markalı **-GP-*** d.q.n-li avtomobili sərxoş vəziyyətdə yerini dəyişmək istəmiş, həmin vaxt Abşeron DYPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq spirtli içki qəbul edib etmədiyi soruşulmuş və o həmin vaxt YPX əməkdaşlarına spirtli içki qəbul etdiyini, laki tibbi müayinədən keçməyəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də polis əməkdaşları ilə mübahisə etmişdir. Daha sonra PPX əməkdaşları hadisə yerinə çağırılmış və o Abşeron RPİ-yə dəvət edilmişdir. Daha sonra Şəxs sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə müayinədən keçirilmiş və onun spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Odur ki, bütün bunları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 inzibati xəta törətməsini qəbul etdi və izahat verərək bildirdi ki, o həmin tarixdə yaşadığın binanın həyətində avtomobilinin yerini dəyişmək istəyən zaman yol polisi əməkdaşı ona yaxınlaşmış və içkili olub-olmamasını soruşmuşdur. O, spirtli içki qəbul etdiyini etiraf etmiş və əlavə olaraq bildirmişdir ki, avtomobillə heç yerə getmir, yalnız onun yerini dəyişdirir. Ona sərxoşluq müayinəsindən keçmək təklif edilsə də o, bundan imtina etmiş və polis əməkdaşları ilə mübahisə etmişdir. Törətdiyi əməldən peşman olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək barəsində daha yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 məhkəmə iclasında onun əməlindən peşman olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunun bildirərək onun barəsində daha yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron RPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı X5 inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, Şəhriyar Həsənov polis idarəsinə gətirilən zaman yolda qanunsuz əməllərinə davam etmiş, səs-küy salmış, nalayiq ifadələr işlətmiş və bununla da tabesizlik göstərmişdir. Əlavə olaraq həmin vaxtda olan videogörüntüləri məhkəməyə təqdim etdi. Təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarına qarşı aqressiv davranışlar nümayiş etdirərək tabesizlik göstərmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, şahidi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin iş materiallarında olan raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman idarə etdiyi “Toyota Prius” markalı **-GP-*** d.q.n-li avtomobili sərxoş vəziyyətdə yerini dəyişmək istəmiş, həmin vaxt Abşeron DYPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq spirtli içki qəbul edib etmədiyi soruşulmuş və o həmin vaxt YPX əməkdaşlarına spirtli içki qəbul etdiyini, laki tibbi müayiənədən keçməyəcəyini bildirərək müqavimət göstərmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən həmin şəxs Abşeron RPİ-yə gətirilmişdir.Şəxs 28 iyul 2024-cü il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X2 şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini X2 məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar