Məhkəmə qərarları › İş №3(012)-1584/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1584/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1584/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis baş leytenantı Yüzbaşıyev Emil Vaqif oğlunun iştirakı ilə, xx.xx.1980-ci ildə Beyləqan rayonu, Nil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis baş leytenantı Yüzbaşıyev Emil Vaqif oğlu tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis baş leytenantı Yüzbaşıyev Emil Vaqif oğlu izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığıvı evin qapısı qarşısında həyat yoldaşı X2 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda özünü təqsirli bilməyərək bildirdi ki, həyat yoldaşı Sona Əliyeva ilə boşanmaq ərəfəsindədir. Aralarında mübahisələr olduğuna görə Sona Əliyeva evdən çıxmışdır. 19 iyun 2024-cü il tarixdə qapının döyüldüyünü eşitmiş və qapını açmışdır. X12 gəldiyini görmüş, ona evdən paltarlarını götürməli olduğunu və oğlu Kamil Əliyevlə danışmaq istədiyini bildirmişdir. Şəxs oğlunun onunla görüşmək istəməməsini bildirdikdən sonra Sona Əliyeva qapının qarşısında səsküy salmışdır. Ona evə gəlməsini və səs-küyü qonşuların da eşitdiyini bildirsə də Sona Əliyeva yenə səs-küy salmışdır. Bundan sonra qapının qarşısında onun qolundan tutub evə çəkmək istəyən zaman əli saçına toxunmuş və istəmədən saçını dartmışdır. Bundan başqa Sona Əliyevaya qarşı heç bir güc tətbiq etdməyini və onu döymədiyini bildirərək barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Sona Əliyeva məhkəmə iclasında çıxış edərək bildirdi ki, həyat yoldaşı Sona Əliyeva ilə boşanmaq ərəfəsindədir. Aralarında mübahisələr olduğuna, Şəxs sərxoş halda evə gəlib dava saldığına görə evdən çıxmışdır. 19 iyun 2024-cü il tarixdə həyat yoldaşı ilə birlikdə yaşadıqları evin qarşısına gəlmiş qapını döymüşdür. Şəxs qapıya çıxdıqdan sonra ona evdən paltarlarını götürmək istədiyini bildirsə də Şəxs onu evə buraxmamışdır. Bu zaman aralarında mübahisə yaranmış və Şəxs onun saçından tutaraq evə çəkmək istəmiş, “evə gir gör sənə nə edirəm” kimi ifadələr işlətmişdir. Dəfələrlə Şəxs tərəfindən döyüldüyünü bildirərək onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. X11 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolda onun Sona Əliyevanı döyməsi faktı sübut olunmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 27 iyun 2024-cü il tarixli 1315 nömrəli rəyindən görünür ki, müayinə zamanı X4 bədən səthində xəsarət aşkar edilməmişdir. 19 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış HK-1/6633 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu. ona əlavə olunmuş sənədləri araşdırıb, ekspert rəyində heç bir xəsarət aşkar olunmadığını nəzərə alaraq hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Aparılmış məhkəmə araşdırması zamanı Şəxs tərəfindən X3 döymə hərəkəti ilə qəsdən fiziki ağrı yetirməsi iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla, ekspertin vermiş olduğu rəylə və digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar