Məhkəmə qərarları › İş №3(012)-1588/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1588/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1588/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X9, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 07 avqust 1989-cu il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkar, Yevlax şəhəri, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis kapitanı X9 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblətinə qəsdən tabe olmamışdır. Şəxs dəfələrlə nizam intizama dəvət olunmasına baxmayaraq qanunsuz əməllərinə davam etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, bütün bunları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi və izahat verərək bildirdi ki, o həmin atasının yaşadığı ünvana getmişdir. Həm aliment borcu olduğu, həm də özü hepatit xəstəsi olduğu üçün atasından pul istəmişdir. Bu zaman atası və anası ilə aralarında mübahisə yaranmışdır. Bu zaman ailəsi DİN-nin 102 xidmətinə yığmışdır daha sonra polis əməkdaşları əraziyə yaxınlaşmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o polis əməkdaşlarının tələblərinə riayət etməmiş, onlara getmələrini, ailəsi ilə razılaşıb məsələni həll edəcəyini bildirmişdir. Daha sonra 3 polis əməkdaşı tərəfindən döyülərək polis əməkdaşlarının mülki maşını vasitəsilə polis idarəsinə gətirilmişdir. O, spirtli içki qəbul etdiyini etiraf etmiş və əlavə olaraq bildirmişdir ki, avtomobillə heç yerə getmir, yalnız onun yerini dəyişdirir. Ona sərxoşluq müayinəsindən keçmək təklif edilsə də o, bundan imtina etmiş və polis əməkdaşları ilə mübahisə etmişdir. Törətdiyi əməldən peşman olduğunu özünün xəstə olduğunu bildirərək barəsində daha yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 məhkəmə iclasında onun əməlindən peşman olduğunu və xəstə olduğunu bildirərək onun barəsində daha yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru, X7 bildirdi ki, daxil olan məlumat əsasında digər 2 polis əməkdaşları ilə birlikdə əraziyə getmiş və Şəxs ailəsi ilə mübahisə etdiyini görmüşlər. Dəfələrlə onu nizam-intizama dəvət etsələr də o, məhəl qoymadan öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onu polis bölməsinə gətirmək istəyən zaman tabesizlik göstərmiş, qaçmağa cəhd edərək yıxılmış və xəsarət almışdır. Dəfələrlə barəsində DİN-nin 102 xidmətinə ailəsi tərəfindən onların yaşadığı evə gəlib mübahisə etdiyini onları ölümlə hədələdəyini bildirdi. Əlavə olaraq həmin vaxtda olan videogörüntüləri məhkəməyə təqdim etdi. Təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs ailəsi ilə mübahisə edərək səs-küy salmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, şahidi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin iş materiallarında olan raportdan görünür ki, X3 gündüz saatlarında DİN-in 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək oğlu Şəxs xx.xx.2024-cü il tarixdə onun işlədiyi yerə gələrək onu və ailə üzvlərini sözlə ölümlə hədələməsi barədə məlumat vermişdir. X1 müraciəti qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Poladov Müzəffərin həyat yoldaşı X4 DİN-nin 102 Xidmətinə müraciət edərək Şəxs eyni əməlləri yenidən onların ünvanına gələrək təkrar etdiyini demişdir. Abşeron RPİ-nin CAŞ əməliyyat-istintaq qrupu hadisə yerinə yaxınlaşmışdır və Rüstəmova Floranın müraciətinin haqlı olduğu müəyyən olunmuşdur. İzahat almaq məqsədi ilə Şəxs Abşeron RPİ-nə gətirilmişdir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli AZA 013815 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2024-cü il tarixdə saat 02:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar