Məhkəmə qərarları › İş №3(012)-1589/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1589/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1589/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosu vəkili X1, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X6 oğlunun iştirakı ilə xx.xx.1988-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2, mənzil 11-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 31 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin İnzibati binasındakı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin İnzibati binasının daxilində Şəxs səs-küy salaraq işin gedişatına mane olmuşdur. Bu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək RPİ-nə dəvət ediblər. Bundan sonra Şəxs NİH-ə təhvil verilib və NİH-də onun şəxsiyyəti müəyyənləşdirilib. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin İnzibati binasındakı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 1 radələrində o Abşeron Rayon Daşınmaz Əmlakın Dövlət Reyestrinə ərizə ilə müraciət etmək məqsədi ilə yaxınlaşmışdır. Amma burada o, növbə götürməsinə baxmayaraq qanuna zidd olaraq heç kəs onun ərizəsini qəbul etməmişdir. Bununla bağlı olaraq o, Dövlət Əmlak Komitəsinə və DİN 102 Xidmətinə şikayət vermişdir, buna baxmayaraq ərizəsi qəbul olunmamışdır. Həmin gün saat 16:30 radələrində polis əməkdaşları ona yaxınlaşaraq Abşeron Rayon Polis İdarəsinə dəvət ediblər. Şəxs onlarla birlikdə polis idarəsinə getmişdir. Abşeron Rayon Polis İdarəsində polis əməkdaşları ona aidiyyatı üzrə yuxarı orqanlara şikayət etməyi məsləhət görüblər. O şikayət ərizəsi və izahat yazaraq idarəni tərk etmişdir. xx.xx.2024-cü il tarixdə o telefonu ilə burada olan qanunsuzluqları sübut etmək məqsədi ilə çəkiliş etdiyini qəbul edir. xx.xx.2024-cü il tarixdə Mühafizə Xidmətinin əməkdaşına yaxınlaşmış, növbə götürmüşdür və onunla bağlı yol verilən qanunsuzluqları bildirmiş, bu səbəblə video çəkilişlər etdiyini demişdir. Yenidən ərizəsinə baxılmadığını bildirir. Mühafizə polisi ona yaxınlaşaraq onu müdirin öz otağına dəvət etdiyini bildirmiş, o isə getməkdən imtina etmişdir. Post patrul əməkdaşları içəri daxil olaraq onu polis bölməsinə aparıblar. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin İnzibati binasında ona fiziki güc tətbiq olunduğunu və bu qurumun video kameralarında bu görüntülərin olduğunu demişdir. Daha sonra isə telefonunda çəkdiyi videoları silməyi tələb ediblər, amma o rədd edib. Buna görə də, əməkdaşlar tərəfindən onun ərizəsinə baxılmayacağını dediklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RMİ-nin polis nəfəri, polis serjantı X4 izahatında göstərdi ki, 30 iyul 2024-cü il tarixdə xidmətdə olarkən Şəxs idarəyə daxil olaraq icazəsiz çəkiliş aparmış, yaxınlaşıb ona çəkilişi dayandırmağı bildirsə də o buna məhəl qoymamışdır. Bundan başqa idarənin digər işçilərini də çəkərək iş rejimini də pozmuşdur. Vətəndaşı dəfələrlə nizam-intizama dəvət etsə o öz hərəkətlərinə davam edərək nizam intizamı pozmağa çalışmışdır. Vətəndaşa qarşı heç bir fiziki güc tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 bildirdi ki, daxil olmuş məlumat əsasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin İnzibati binasına gəlmişlər və vətəndaşın icazəsiz çəkiliş etdiyini müəyyən etmişlər. Yaxınlaşıb özlərini təqdim edərək Şəxs çəkilişi dayandırmalı olduğunu bildirsələr də vətəndaş buna əməl etməmiş və çəkilişə davam etmişdir. Buna görə də Şəxs Abşeron Rayon Polis İdarəsinə dəvət etsələr də o getməyəcəyini bildirmişdir. Digər polis əməkdaşı ilə birlikdə onu xidməti avtomobilə əyləşdirmiş və Abşeron Rayon Polis İdarəsinə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin əməkdaşıdır. Şəxs 2 gündür idarəyə yaxınlaşaraq video çəkilişlə işçilərini, polis əməkdaşlarını və vətəndaşları çəkmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosu vəkili X3 müdafiə etdiyi şəxsin polis əməkdaşlarına qarşı qanunsuz hərəkətlər etmədiyini, polisin hər hansı qanuni tələbinə tabesizlik nümayiş etdirmədiyini, əksinə polis əməkdaşlarının özlərini təqdim etmədiyini, polis əməkdaşlarının qanuni tələbinin nədən ibarət olmasının aydın olmadığını və polisin Elnura qarşı aqresiv davranış nümayiş etdirdiklərini, Elnurun heç bir nalayiq ifadələr işlətmədiyini və əməlində inzibati xəta tərkibi olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin PPXB-nin polis rəhəbləri Əliyev Bəhruz və Əliyev Tural tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportda görünür ki, o, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin İnzibati binasının daxilində Şəxs səs-küy salaraq işin gedişatına mane olmuşdur. Bu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək RPİ-nə dəvət ediblər. Bundan sonra Şəxs NİH-ə təhvil verilib və NİH-də onun şəxsiyyəti müəyyənləşdirilib. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin İnzibati binasındakı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 31 iyul 2024-cü il tarixli AZA 013815 nömrəli “inzibati qaydada tutma haqqında protokol”-dan görünür ki, Şəxs Nizami oğlu 31 iyul 2024-cü il tarixdə, saat 02:30 radələrində inzibati qaydada tutulmuşdur. Tərəflərin təqdim etdikləri videoçəkilişə baxış keçirilmiş və Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Belə ki, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs Nizami oğlunun 30 iyul 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasından bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs Nizami oğlunun polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyrimümkün olmuşdur.Həmçinin təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş və Şəxs polisin qanuni tələbinə tabe olmaması halı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər də, tabesizliyin hansı hərəktələrdə öz təsdiqini tapdığını bildirə bilməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Nizami oğlunun polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar