Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-159/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin X5 polis sahə rəisi, polis baş leytenantı Amid Əliyevin iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin X5 polis sahə rəisi, polis baş leytenantı Amid Əliyev tərəfindən tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı protokoldan görünür ki, Şəxs 25.01.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş X5 polis sahə rəisi, polis baş leytenantı Amid Əliyev bildirdi ki, 24.01.2022-ci il tarixdə saat 22:04 radələrində vət.X2 DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdi ki əri Şəxs içkili vəziyyətdə evdəki paltarları yandırması hal hazırda evdən çıxıb yeni tikilməkdə olan evini yandırmağa getməsi barədə məlumat verdi. Onlar dərhal əməliyyat qurupu ilə həmin hadisə yerinə getmiş və Şəxs sərxoş halda olduğunu görmüşlər, yaxınlaşıb özlərini təqdim edib və ona bildirmişlər ki, həyat yoldaşın Mehparə Cəbrayılova evini yandırılması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir və onu izahatının alınması üçün Qobu PB-nə dəvət etdik. O isə bildirdi ki siz kimsiniz ev mənimdir yaxşı eləyirəm yandırıram və onlara əl-qol hərəkəti etməyə başladı, onu nizam-intizama dəvət etsələr də lakin o, öz hərəkətlərinə davam etməyə başladı və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır Ona görə də sonuncu barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul etməklə bildirdi ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 24.01.2022-ci ildə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra həyat yoldaşı ilə aralarında münaqişə yaranmış, evdə olan özünə məxsus paltarlarını yandırmış və evdən çıxaraq yeni tikilmiş evi də yandıracağını bildirmişdir. Yolda gedərkən sərxoş olduğundan evin yaxınlığında yıxılmaqla sifətindən xəsarət almışdır. Həmin vaxt polis əməkdaşları həyat yoldaşının verdiyi 102 şikayəti əsasında ona yaxınlaşmaqla ondan şikayət olduğunu bildimiş və izahatını almaq üçün bölməyə dəvət etmişlər. O, sərxoş olduğundan polis əməkdaşlarını söyməklə və əl qol atmaqla onlara tabesizlik göstərmişdir. Əməlindən peşman deyil. Gedib yarımçıq qalan işini bitirməklə evi yandıracaq. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan raportdan görünür ki, Şəxs içkili halda evdəki paltarları yandırması barədə 102 məlumatı daxil olmuşdur. İş materiallarında olan X1 verdiyi izahatdan görünür ki, Şəxsla 2013-cü ildən ailə qurmuş, birgə nikahdan 1 övladı var. 24.01.2022-ci il tarixdə yaşadığı evdə olarkən əri Qalib ondan siqaret almasını xahiş etmişdir. O isə pulunun olmadığını bildirmişdir. Həmin gün Qalib evə içkili vəziyyətdə gəlmiş və ondan siqaret alıb almadığını soruşmuşdur. Siqaret alınmadığını dedikdə onunla mübahisə etmiş, əvvəlcə özünə məxsus paltarları yandırmış, sonra isə yeni inşa etdikləri evi yandıracağı ilə onu hədələmişdir, o da məcbur qalıb 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan sərxoşluq hallarının tibbi müayinəsi haqqında protokoldan görünür ki, 25.01.2022-ci il saat 01.20 –də orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan AZA 013980 saylı tutma haqqında protokoldan görünür ki, Şəxs 25.01.2022-ci il saat 05.00-da yəni ayıldıqdan sonra inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi xətanın mahiyyətini dərk etrməməsini, əməlindən peşman olmamasını, ailə-məişət zəminində münaqişə yaratmaqla evi yandırmağa cəhd etməsini nəzərə alaraq ona həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 25.01.2022-ci il saat 05.00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat olmaqla pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-159/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-159/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver