Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1590/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi. Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232- 1-ci maddələri ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş MN ******* və ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus “Nissan Sunny” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, yerdən daş götürərək avtomobilin müxtəlif hissələrinə zərbələr endirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1370 manat maddi ziyan vurmuşdur. Bundan başqa Rəmiyyə Niftaliyeva əlində olan daş parçası ilə Zərərçəkmiş şəxs bel nahiyəsinə zərbələr endirərək döymüş, lakin ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs onu avtomobillə vurmuşdur. Bundan sonra o və ailəsi dəfələrlə xahiş edərək şikayətçi olmamasını xahiş etdi. Şikayətçi olmadığını, lakin dəfələrlə Zərərçəkmiş şəxs ailəsi ilə danışaraq həkimə getməli olduğunu və bunun üçün pul lazım olduğunu bildirmişdir. Lakin ona cəmi 420 manat pul verilmiş, həmin məbləğ isə müayinə və müalicə xərclərini qarşılamırdı. Buna görə də Zərərçəkmiş şəxs məhkəməyə vermişdir. 03 iyun 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs orada görüb əsəbiləşmiş və ona məxsus avtomobilə yaxınlaşaraq yerdən daş parçası götürərək ön şüşəsinə və digər hissələrinə vurmuşdur. Bundan başqa Vüsala daşla zərbə vurmadığını bildirdi, yalnız avtomobilə zərər vurmuşdur. Barəsində əladətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək, bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdən tanıyır. Həmin tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobillə Rəsmiyyə Nifatliyevanı vurmuşdur. Daha sonra ona vurulmuş zərər özü və ailəsi tərəfindən qarşılanmışdır. Lakin Şəxs onu məhkəməyə vermişdir. 03 iyun 2024-cü il tarixdə maşınını Abşeron Rayon Məhkəməsinin qarşısında saxlamışdır. Bundan sonra o görmüşdür ki, ətrafdakı insanlar onun maşının ətrafına toplanıb, yaxınlaşıb səbəbini öyrənmək istəyən zama görmüşdür ki, Şəxs əlindəki daş parçası ilə avtomobilə zərbələr endirir, onu gördükdən sonra əlindəki daşla onu kürək nahiyəsindən də dəfələrlə vurmuşdur. Qadın olduğu üçün ona qarşı hər hansı bir fiziki təsir göstərməmişdir. Məhkəmənin vaxtı Şəxs şikayətçidir və sonuncunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1124 saylı ekspert rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol çiyin qurşağı və çiyin nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı ket əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilməsi mümkündür, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları dərəcələri üçün təyin edilmir. 18 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqazidd hərəkətlərin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktiki söhbətlər aparmaq məqsədi ilə qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir. 22 iyun 2024-cü il tarixli Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. 22 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsinə əsasən dayandırılmışdır. 31 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, vətəndaş Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatı, 18 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, Şəxs cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və onun cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, daha ciddi xəta kimi həmin Məcəllənin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilərək sonuncunu cəmiyyətdən təcrid etmədən də islah edilməsinin mümkün olduğu qənaətindədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1590/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1590/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver