Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1592/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələri ilə xx.xx.2022ci il tarixli AP ******* saylı inzibati xətanı törətməsi haqqında material Abşeron Rayon Məhkəməsinə göndərilmiş və material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim olunmayaraq iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1592/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1592/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver