Məhkəmə qərarları › İş №3(012)-1593/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1593/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1593/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyinin etibarnamə üzrə nümayəndələri X1, X4 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 276-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-in Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-yə məxsus Abşeron rayonu, Güzdək qəsəbəsi, Karxanalar ərazisi ünvanında yerləşən daş karxanasında istismar olunan iki ədəd şrım açan və iki ədəd daş kəsən maşının təhlükə potensiallı obyektlərin dövlət reyestrindən qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyinin 2022-ci il tarixdə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221773107 nömrəli çıxarışa əsasən, Şəxs MMC-yə məxsus Abşeron rayonu, Güzdək qəsəbəsi, Karxanalar ərazisi ünvanında yerləşən daş karxanasında xx.xx.2022xx.xx.2022-ci il tarixlərində yoxlama aparılmışdır. Yoxlama zamanı aşkar edilmiş digər pozuntularla yanaşı, obyektdə istismar olunan iki ədəd şrım açan və iki ədəd daş kəsən maşının təhlükə potensiallı obyektlərin dövlət reyestrindən qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 13/117 saylı akt tərtib edilmiş, yoxlamada iştirak etsə də, Şəxs MMC-nin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.Buna görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X7 protokolu müdafiə edərək, X1 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında hüquqi şəxsin səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyinin 2022-ci il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221773107 nömrəli çıxarışlara əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 03-xx.xx.2022-ci il tarixlərində aparılmış yoxlama zamanı Şəxs MMC-nin istismarında olan Abşeron rayonu, Güzdək qəsəbəsi, Karxanalar ərazisi ünvanında yerləşən daş karxanasında istismar olunan iki ədəd şrım açan və iki ədəd daş kəsən maşının təhlükə potensiallı obyektlərin dövlət reyestrindən qeydiyyatdan keçirilmədiyi müəyyən edilmişdir. 13/117 nömrəli, xx.xx.2022-ci il tarixli Yoxlama Aktından müəyyən olunur ki, daş karxanasında istismar olunan iki ədəd şrım açan və iki ədəd daş kəsən maşının istismarına icazə alınmamışdır (“Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası” 6-cı bənd). 2579/13 nömrəli, xx.xx.2022-ci il tarixli Yoxlama qərarından müəyyən olunur ki, Şəxs MMC-nin istismarında olan Abşeron rayonu, Güzdək qəsəbəsi, Karxanalar ərazisi ünvanında yerləşən daş karxanasında xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə planlı yoxlama aparılmışdır. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X5 Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 28 dekabr 2007-ci il tarixli 695 nömrəli Fərmanının 8.11-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2001-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 6-cı bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 8-ci bəndinə uyğun olaraq obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə həmin obyekti istismar edən şəxsə dövlət reyestrindən çıxarış verilir. İş materiallarında göstərilən qeydiyyat isə regional müfəttişliklərin nəzarət etdikləri obyektlər barədə apardıqları qeydiyyatdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyinin 2022-ci il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221773107 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin istismarında olan Abşeron rayonu, Güzdək qəsəbəsi, Karxanalar ərazisi ünvanında yerləşən daş karxanasında istismar olunan iki ədəd şrım açan və iki ədəd daş kəsən maşının təhlükə potensiallı obyektlərin dövlət reyestrindən qeydiyyatdan keçirilmədiyi müəyyən edilmiş, bununla bağlı Agentlik tərəfindən Şəxs MMC-yə xəbərdarlıq edilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X5 Agentliyi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC xx.xx.2022-ci il, saat 12:30-də Şəxs MMC-də istismar olunan hava tutumu və buxar qazanı Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bu fakt xx.xx.2022-ci il tarixli 2579/13 saylı qərar və xx.xx.2022-ci il tarixli 13/117 saylı yoxlama aktı ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 276-1ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar