Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1596/2022 06.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs Nüsrət qızının iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yaşayan, Yardımlı şəhərində qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yaşayan,(***-***-**-**) Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X5 bildirdi ki, Qarayeva X1 PB-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində yaşadığı evin yanında yolda olan zaman onunla qonşuluqda yaşayan Qiyas adlı şəxs onun qarşısına çıxaraq mübahisə etməsi və onu döyməsi barədə məlumat vermişdir. Buna görə də Quliyev Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, onunla heç bir düşmənçiliyi və ya şəxsi ədavəti yoxdur. Həmin şəxs əvvəllər də onun barəsində böhtan xarakterli şikayət edərək onu evindən oğurluq etməkdə ittiham etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20.30 radələrində yaşadığı evin qarşısında olan zaman Qəndili oradan keçərkən onun ünvanına söyüş söyməsini, həmçinin qarğış etməsini eşidib ona yaxınlaşaraq nə deməsini soruşduqda Qəndili onu təqhir etmişdir. Bundan başqa qeyd etmişdir ki, mübahisə zamanı Zərərçəkmiş şəxs ona hər hansı bir xəsarət yetirməmiş və zərərçəkmiş şəxslə barışmaq istədiyini əsas gətirərək onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Nüsrət qızı izahatında göstərdi ki, Qiyas adlı şəxs onunla qonşuluqda yaşayır, onunla heç bir düşmənçiliyi və ya şəxsi ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 20.30 radələrində Fatmayı kəndində mağazadan çıxaraq evə piyada gedən zaman yolda ayaqqabısının içərisinə daş girmiş və dayanaraq daşı çıxarmaq istədikdə öz-özünə “səni zibilə qalasan hara gedirəm qarşıma çıxırsan” sözlərini dedikdə yolda dayanan Qiyas adlı şəxs həmin sözləri ona deməsini zənn edərək ona yaxınlaşmış və nə deməsini soruşmuşdur. Bu zaman ona cavab vermiş və Qiyas qəflətən əli ilə onun sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt Qiyasın əlindəki, açara bənzəyən alət onun sağ qulağının arxa tərəfinə dəydiyi üçün qulaq nahiyəsi qanamışdır. Bundan sonra Qiyas onun saçlarından tutaraq sifət nahiyəsinə bir neçə sillə vurmuşdur. Sonra qışqıraraq qonşuları çağırmış və bu zaman Qiyas əlini saxlayaraq çıxıb getmiş, o isə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonda o, Şəxs şikayətçi olduğunu və onun barəsində həbslə əlaqədar inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqiatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 16 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Nüsrət qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 03 avqust 2022-ci il tarixli, 1751 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs Nüsrət qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şövkət Nəcəfova.
Məhkəmə qərarları › İş №3(012)-1596/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1596/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver