Məhkəmə qərarları › İş №3(012)-1598/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1598/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1598/2022 05.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 238.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair 26 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərardan şikayətə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 238.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 26 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. X3 qərardan şikayət vermiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 4 oktyabr 2022-ci il tarixdə ona İnzibati xətalar Məcəlləsinin 238.2 maddəsinə əsasən 2500 (İki min beş yüz) manat cərimə olunması barədə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh edilmə barədə 26 sentyabr tarixli MN №1288792 saylı qərarı təqdim edilmişdir. Belə ki , 4 saylı Regional ETSİ-nin məktubunda yoxlama üçün əsas kimi istinad etdiyi Sərəncamlarda (Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il 517saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 saylı Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2020-2024-cü illər üzrə Tədbirlər Planı") bu məsələyə dair heç bir maddə yoxdur. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2020-2024-cü illər üzrə Tədbirlər PlanTnda 12-ci bənd yer almamışdır. Hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 sentyabr 2022-ci il tarixli MN №1288792 saylı Qərarı üzrə 2500(iki min beş yüz) manat məbləğində inzibati cərimə qərarının icrasına xitam verilməlidir. Şikayət verən şəxs X3 şikayəti müdafiə edərək əlavə olaraq bildirmişdir ki, qərar qanunsuz və əsassızdır, onun heç bir təqsiri yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmədə bildirdi ki, qərar qanuni və əsaslıdır. Belə ki, daxil olmuş protokol əsasında qərar qəbul olunmuşdur. Protokolun tərtib olunmasına əsas olan sənədləri də məhkəməyə təqdim edir və qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə şikayət verən şəxsi və müdafiəçini dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC-yə məxsus 10 ədəd nəqliyyat vasitəsindən ətraf mühitə buraxılan tullantılarda çirkləndirici maddələrin müəyyən edilmiş normadan artıq olmuşdur. Ona görə də Mineral Sular MMC-nin sahə rəisi X3 barəsində Azərbaycan Respublikası İXM-nin 238.2-ci maddəsilə inzibati xəta haqqında qərar qəbul olunmuş və 2500 manat cərimə olunmuşdur. İş materiallarında olan görünür ki, 31 avqust 2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC-yə məxsus qarajda avtonəqliyyat vasitələrindən 10 ədədinin ətraf mühitə buraxılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılması faktı aşkar edildi. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli aktdan görünür ki, araşdırma zamanı MMC tərəfindən təqdim olunan avtonəqliyyat vasitəlinin siyahısına əsasən cəmiyyətin balansında 28 ədəd avtomobil olduğu müəyyən edildi. "xxxx" MMC-yə məxsus qarajda ölçmə işlərinə təqdim olunan 28 ədəd nəqliyyat vasitəsində 18 ədədində ölçmə işləri aparıldı. Ölçmə işləri aparılmış nəqliyyat vasitələrindən 5 ədədində atmosfer havasına atılan tullantıların miqdarı norma, digər 10 ədəd nəqliyyat vasitəsində isə normadan artıq zərərli qazların atıldığı müəyyən edildi. Atmosferə normadan artıq zərərli qazların atıldığı müəyyən edildi. Atmosferə normadan artıq çirkləndirici maddələr atan dövlət nömrə nişanları **-İA-***, **-İA-***, **-İY-***, **-İR-***, **-İS-***, **-İA-*** olan İsuzu markalı, **-İA-***, 99 İA-920, 99-JA 921 olan İveco markalı və 01 AD-974 olan FAW markalı avtonəqliyyat vasitələrində aşkar edilmiş nöqsanların aradan qaldırılması və atmosfer havasına atılan tullantıların norma həddində saxlanılmasına nəzarət edilməsi MMC-nin nəqliyyat vasitəsinin rəisi X2 tapşırıldı. Eyni zamanda akta əlavə olunmuş Viktor VK ölçmə aparatı ilə ölçmüş qəbzlərdən görünür ki, ölçmələr xx.xx.2020-ci il tarixə aiddir. Bu hal həmin ölçmə işlərinin etibarlı və əsaslı olmasını istisna edir. Buna baxmayaraq həmin hallar araşdırılmadan X3 barəsində 26 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 238.2-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati protokol tərtib edilərkən xətanın olub olmaması, nəqliyyat vasitələrinin ölçməsinə əsas olan ölçmə sənədləri tam araşdırılmamışdırdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati qərar ləğv edilməli və göstərilən halların yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı qərarı ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar