Məhkəmə qərarları › İş №3(012)-16/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-16/2020

07.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-16/2020 07.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2019-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, X3 xx xxxxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8436 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş, Tükiyədə fəaliyyət göstərən “Dünya Foodihr0.ithSan ve Tic A.Ş” şirkətindən 31 R1455/31RC087 nömrə nişanlı yük avtomobili ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə girməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda ,mallar xx xxxxxx 2019-cu il tarixdə saat 23:43-də Qərb Ərazi AŞ Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş,yükə dair elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Belə ki, Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsindən daxil olmuş 34/012/027362 nömrəli xx.xx.2019-cu il tarixli raporta əsasən X1 ünvanına 31R1455/31RC087 nömrə nişanlı avtomobildə gələn yüklər **********8436 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə bəyan edilmiş, idxalatçı tərəfindən Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. İş üzrə “Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya kursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 tətəfindən Bakı Baş Gömrük İdarəsində xx xxxxxx 2019-cu il tarixli **********8436 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 31R1455/31RC087 nömrə nişanlı nəqliyyat vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 23:43-də Qərb Ərazi Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair qısa idxal bəyannaməsi gömrük orqanına elektron formada verilməmişdir. Bununla da X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə xx.xx.2020-ci il tarixdə X3 tərəfindən göndərilmiş etirazdan görünür ki, X3 barəsində tərtib edilən 00100-2326/19 saylı inzibati xəta haqqında protokolda bəhs edilən hadisənin baş verdiyi vaxt noyabr ayının 9-u,10-u və 11-nə düşürdü. 9 Noyabr Milli Bayraq Günüdür və bütün Azərbaycanda rəsmi qaydada bayram kimi qeyd olunur. Həmin gün qeyri-iş günü hesab edilir. 2019-cu ilin 9 noyabr tarixi təqvim üzrə şənbə gününə və 10 noyabr tarixi bazar gününə düşdüyünə görə, qanunvericiliyə görə bayram günü həftə sonuna düşdüyü təqdirdə növbəti ilk iş günü qeyri-iş günü hesab edilir. Ona görə də 11 noyabr tarixi (çərşənbə axşamı günü) qeyri-iş günü hesab edilmiş və heç bir rəsmi dövlət orqanı işləməmişdir. Bununla əlaqədar olaraq, Gömrük komitəsi, Vergilər və Hökümət Ödəniş Portalının (HÖP) ödəniş sistemi və banklar işləmədiyinə görə qısa idxal bəyannaməsi vaxtında verilə bilməmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq 3(012)-1937/2019 saylı inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə hər iki səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Buna görə də qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta törədənin iradəsindən asılı olmayaraq baş verməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmədə müəyyən edildi ki, sübutun təqdim edilməməsi və ya məlumatın verilməməsi də üzürlü səbəblərdən olmuşdur. Belə ki, iş materiallarında olan və barəsində inzibati protokol tərtib edilən şəxsin nümayəndəsi tərəfindən verilmiş izahatdan görünür ki, X3 şirkətin ünvanına gələn nəqliyyat vasitəsi qeyri iş günündə sərhədi keçdiyindən, elektron hökümət portalının işləmədiyini düşünərək xx xxxxxx 2019-cu il tarixli **********8436 sorğu nömrəli Gömrük bəyannaməsilə sərbəst dövriyyə üçün buraxılış gömrük gömrük prosedurunda rəsmiləşdirilmiş yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilən şəxsin iradəsindən asılı olmayan səbəblərdən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati məsuliyyət yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə. QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar