Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1604/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 31, mənzil 6 ünvaında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “Nissan X Trail” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq. əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, X5 ağır zərərvurmaya, X3 ağır zərərvurmaya, X4 ağır zərərvurmaya, X1 yüngül zərərvurmaya və X2 yüngül zərərvurmaya aid bədən xəsarəti almaları ilə nəticələnən ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin təhqiqatçısı Fərid Şirinovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, proses iştirakçıları məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 yanvar 2019-cu il tarixli, AC seriyalı, 084470 saylı sürücülük vəsiqəsinə əsasən X10 «B1, C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Abşeron rayonu, Masazır-Novxanı yolunda baş vermişdir. “Nissan X Trail” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili Masazır-Novxanı yolu ilə üzü Masazır qəsəbəsi istiqamətində hərəkət edərkən işıqfora çatmamış, döngəli yolda manevr etmə qaydalarını pozaraq yolun sağ tərəfində olan torpaqlı ehtiyyat hissəsinə çıxandan sonra asfalt yola qayıtmaq üçün sükanı sol tərəfə buraraq, eyni istiqamətdə hərəkət edən “BMW 528” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən vurub özü ilə birlikdə əks istiqamətli hərəkət zolağına çıxartdığından həmin yolla Novxanı qəsəbəsi istiqamətində hərəkət edən “Hyundai- Santafe” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X20 Abşderon rayon şöbəsinin 22 avqust 2023-cü il tarixli, 1602 saylı rəyinə əsasən X7 almış olduğu xəsarətlə– sol bud çanaq oynağında hərəkət məhdudluluğu ilə müşayiət olunan sol budun dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X20 Abşderon rayon şöbəsinin 22 avqust 2023-cü il tarixli, 1603 saylı rəyinə əsasən X6 almış olduğu xəsarətlər – sol bazu və sol saidin qançırları, sağ diz oynağı nahiyəsində bir qədər hərəkət məhdudluluğu ilə ifadə olunan sağ budun yuxarı 1/3nin arxa-bayır səthinə qədər olan sahənin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X20 Abşderon rayon şöbəsinin 30 avqust 2023-cü il tarixli, 1595 saylı rəyinə əsasən X11 almış olduğu xəsarətlər– daxili qanaxma ilə nəticələnmiş qaraciyər kapsulasının travmatik zədələnməsi, bel fəqərəsinin sağ köndələn çıxıntısının yerdəyişməyən sınığı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisənin baş verməsində təqsirkar Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gecidörday keçənədək verilə bilər.Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları,gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları,xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habeləqanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa,hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında,qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqındaqanunvericiliyin,əmək qanunvericiliyinin,habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsiqaydasınınpozulmasına, xırda talamayagörəinzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırkı iş üzrə Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmiş, Abşeron DYP YNH baş inspektoru, polis mayoru X14 tərəfindən sonuncu barəsində 17 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib edilmiş, lakin cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 aydan çox vaxt keçdikdən sonra tərtib edilmiş protokol baxılması üçün xx.xx.2024-cü il tarixli müşayət məktubu ilə məhkəməyə verilmişdir. Bununla da İXM-nin 38.3-ci maddəsinin tələbi pozulmuş və inzibati tənbehin tətbiq edilməli olduğu 3 aylıq müddət naməlum səbəblərdən ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı şəxsin əməlində cinayət tərkibinin olmaması, lakin inzibati xəta tərkibinin bütün əlamətlərinin olması müəyyən edilmiş, lakin 01 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edildikdən sonra inzibati tənbeh edilməsinə imkan verən üç aylıq müddət artıq başa çatdıqdan sonra, yəni 17 may 2024-cü il tarixdə protokol tərtib edilmişdir. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1604/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1604/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver