Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1605/2022 08.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Vəkil iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, 03 saylı Masazır tam orta məktəbdə direktor müavini vəzifəsində işləyən, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş – 93-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində, mülk üstündə aralarında yaranmış mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs solgözündən yumruqla, əlləri ilə bədəninin müxtəlif nahiyəsindən vuraraq, ona fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X3 izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş – 93-də yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə mülk üstündə aralarında yaranmış mübahisə zamanı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 03 saylı tam orta məktəbin direktor müavini vəzifəsində çalışan bacısı Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İTŞ-də araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Onunla aralarında mülk üstündə 01 ilə yaxındır ki, mübahisələri olur. Abşeron rayonu, Masazır kənd 3 saylı tam orta məktəbdə müəllim işləyir. Zərərçəkmiş şəxs ilə 1 ilə yaxındır aralarında mülk mübahisələr vardır. 13 iyun 2022-ci il tarixdə saat 11 radələrində məktəbin bufetində müəllim və şagirdlərlə olarkən qəfil Vüsalə bufetə daxil olaraq arxadan ona yaxınlaşıb saçından tutub sinəsinə və qollarına vuraraq cırmaqlamış və nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Onun məktəbə gəlməsindən məlumatı olmamış və ona heç bir söz demədən bir başa üstünə hücum çəkib onu vuraraq döyərəkonu söyüşlərlə təhqir etmişdir. Həmin vaxt müəllim yoldaşları onu ayırıb bufetdən çıxartmışlar. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində keçirilən tədbirlə bağlı qızının oxuduğu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 03 saylı tam orta məktəbdə olmuşdur. Qızının bufetdə olmasını öyrəndikdən sonra bufetə getmiş, həmin vaxt orada olan bacısı Aysel onu gördükdə, yerə tüpürərək, onu təhqi etməyə başlamışdır. Daha sonra bufetin işçilərindən onu bufetdən çıxamalarını tələb etmişdir. Ayselə ayıbdır, bufetdə şagird və müəllimələr olduğunu xatırlatdıqda, Aysel gözləmədiyi halda onun üstünə hücum çəkmiş, ona əl-qol atmağa başlamışdır. Qarşılıqlı olaraq, dalaşdıqdan sonra onları ayırmışlar. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin tərəflərin barışmasını nəzərə alaraq, başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 41 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sol üst göz qapağının qançırı sıyrığı, hər iki bazu nahiyəsinin, sol kiirək və boyun nahiyələrinin sıvrıqları. alt dodağın selikli qişasına qansızına küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, həm ümumilikdə və hərndə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 157-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1605/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1605/2022
08.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver