Məhkəmə qərarları › İş №3(012)-1605/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1605/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1605/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə xx.xx.2002-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 116 ünvaında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Khazar LX" markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə yolunda hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində əks istiqamətli hərəkət zolağına çıxaraq əks yolda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia-Rio" markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncunun yüngül bədən xəsarətinin, sürücü Şəxs az ağır bədən xəsarəti, eləcədə onun idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 az ağır bədən xəsarətlərinin alması ilə nəticələnən ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin təhqiqatçısı Fərid Şirinovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilən məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, 2023-cü ilin iyul ayında "Azərmaş lizing" şirkətindən "Khazar LX" markalı 77- AL-996 dövlət qeydiyyat nişanlı avtomobil alaraq, «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. O, avtomobili idarə edən vaxtdan nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 17 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 yaşadığı evinə gəlmişlər, əvvəlcədən danışdıqları kimi hər üçü Rəmala maxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yerləşən boş torpaq sahəsinə baş çəkməyə getməli idilər. O, etibarnamə ilə idarə etdiyi, texniki cəhətidən saz vəziyyətdə olan “Khazar LX" markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobu-Hökməli yolundan məsçid istiqamətinə aparan yola dönüb hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolaqlı idi. Həmin vaxtı Səməd qabaq, Rəmal isə arxa sərnişin oturacağında əyləşmişdir, başqa avtomobildə heç bir sərnişin və ya yük olmamışdır. Belə ki, qeyd etdiyi yolla hərəkətdə olduğu vaxtı qəfildən sükana olan idarəetməni itirdiyindən əks istiqamətli hərəkət zolağına çıxıb üzü Qobu-Hökməli yolu istiqamətində hərəkət edən "Kia-Rio" markalı avtomobillə 2016-cı ildən “166” yükdaşıma şirkətində sürücü işləyir və 2021-ci ildən “DAF” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı narıncı rəngli “TİR” tipli və “Krone” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu etibarnamə və yol vərəqəsi əsasında adına olan «B CE» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “DAF FTXF 105” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “166 Yükdaşıma” şirkətinin qarajından baş yola çıxarkən manevr etmə qaydalarını pozub, həmin yolla üzü Sumqayıt şəhəri istiqamətində hərəkət edən “Toyota-Prius” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşması nəticəsində baş vermişdir. Baş vermiş hadisədə avtomobildə olan şəxslər müxtəlif xəsarətlər almlşlar. O, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışaraq, dəymiş ziyanı ödədiyini bildirərək, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixə, saat 09:20-ə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq protses iştirakçıları məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş  08 iyul 2020-ci il tarixli, AD seriyalı, 401578 saylı sürücülük vəsiqəsinə əsasən X1 «B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir;  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə yolunda baş vermişdir. Şəxs etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan "Khazar LX" markalı **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə yolunda hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində əks istiqamətli hərəkət zolağına çıxaraq əks yolda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia-Rio" markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gecidörday keçənədək verilə bilər.Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları,xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habeləqanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa,hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında,qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmişpul vəsaitlərinin və ya digərəmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqındaqanunvericiliyin,əmək qanunvericiliyinin,habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsiqaydasınınpozulmasına, xırda talamayagörəinzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırkı iş üzrə Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmiş, Abşeron DYP YNH baş inspektoru, polis mayoru X3 tərəfindən sonuncu barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib edilmiş, lakin cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 aydan çox vaxt keçdikdən sonra tərtib edilmiş protokol baxılması üçün xx.xx.2024-cü il tarixli müşayət məktubu ilə məhkəməyə verilmişdir. Bununla da İXM-nin 38.3-ci maddəsinin tələbi pozulmuş və inzibati tənbehin tətbiq edilməli olduğu 3 aylıq müddət naməlum səbəblərdən ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı şəxsin əməlində cinayət tərkibinin olmaması, lakin inzibati xəta tərkibinin bütün əlamətlərinin olması müəyyən edilmiş, lakin 05 fevral 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edildikdən sonra inzibati tənbeh edilməsinə imkan verən üç aylıq müddət artıq başa çatdıqdan sonra, yəni 16 may 2024-cü il tarixdə protokol tərtib edilmişdir. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar