Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1606/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə xx.xx.1996-cı il tarixdə Yardımlı rayonunun, Kürəkçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yardımlı rayonu, Kürəkçi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP 598641 saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhəzdən saz vəziyyətdə olan “OPEL VECTRA” minik markalı, 26 EP EZX dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsi ilə M.Ə. Rəsulzadə küçəsinin kəsişməsində yerləşən dairəyə yaxınlaşıb sola dönmə əməliyyatı edərək həmin dairədə quraşdırılmış svetaforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam etdirərək, yolayrıcına daxil olub, ehtiyatsızlıqdan M.Ə. Rəsulzadə küçəsi ilə düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Hyundai-Getz" markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətinin, eləcədə "Hyundai-Getz" markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətinin yetirilməsinə və özünün yüngül bədən xəsarətinin alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis-mayoru X1 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 may 2016-cı il tarixli, AE seriyalı, 425172 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1 C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində baş vermişdir. Şəxs etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel-Vectra» markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsi ilə M.Ə. Rəsulzadə küçəsinin kəsişməsində yerləşən dairəyə yaxınlaşıb sola dönmə əməliyyatı edərək həmin dairədə quraşdırılmış svetaforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam etdirərək, yolayrıcına daxil olub, ehtiyatsızlıqdan M.Ə. Rəsulzadə küçəsi ilə düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Hyundai- Getz" markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Abşderon rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2715 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - alın nahiyəsinin dərialtı hematoması və sol qaşın əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Abşderon rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2795 saylı rəyinə əsasən vətəndaş Şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - saq aşıq-baldır oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşahidə olan sag aşıq-baldır oynağı və sağ ayaq pəncəsi nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi, sağ diz oynağı nahiyəsinin yumuşaq toxumaların əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hisəsində göstərilən müddətdə və şəraitdə /əni xx.xx.2023-cu ıl tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dəıəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis-mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, həmçinin müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1606/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1606/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver