Məhkəmə qərarları › İş №3(012)-1607/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1607/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1607/2024 05.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X14 Ənvər qızının sədrliyi ilə, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon vəkil Bürosunun vəkili X5, şikayətçi X3, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru X4 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və Binəqədi rayonu, Binəqədi kəndində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru X7 protokolunda göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, Abşeron Kristal 2 X3 qapısını saat 01.45-də döyərək narahat etmişdir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində 5718 çağırışlı avtopatrulda xidmətdə olarkən təqrbiən 22.00 radələrində növbətçi hissənin verdiyi məlumat ilə əlaqədar deyilən yerə Xırdalan şəhəri, “Kristal 2” yaşayış kompleksi, bina 10, mənzil 88-ə yaxınlaşmışlar. Şəxs özlərini təqdim etmişlər və Şəxs şikayətçi ilə birgə Abşeron RPİ-nə dəvət etmişlər. Onlar Şəxs və şikayətçi X6 növbətçi hissəyə təhvil vermiş növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru X7 izahatında İnzibati tənbeh vermə barədə protokolu müdafiə edərək, protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təqsiri olduğunu qəbul edir, şikayətçinin anasını sevir, bir neçə il onlarla birlikdə yaşayıb, o sevgini heç vaxt unudan deyil, amma əgər Sədaqəti narahat edirsə bir də belə şey etməyəcəyinə söz verir. Məhkəmə iclasında müdafiəçi Abşeron Rayon vəkil Bürosunun vəkili X1 Teyyub Miryaqub oğlunun izahatına uyğun izahat verdi. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X8 izahat verərək bildirdi ki, Şəxs ucbatından 3 kirayə ev dəyişiblər ki, o ora gəlməsin. Gəlib anası ilə onu narahat edir, hətta divarı deşib, onların nə işlə məşğul olmasına baxır. Bütün gün həyətdə, blokda qonşuların yanında biabır olmuşlar, anasının əzab çəkməsini istəmir, anası işləyir, o isə tək canına əşyaları daşıyaraq mənzildən mənzilə köçürlər ki, Şəxs onları tapmasın. Amma o yenə də onları tapır və narahat edir. Özünü öldürmə həddinə gəlib o insanın əlindən. Məhkəmədən protkolun təmin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, şikayətçi X3 anasıdır və göstərilən ünvanda qızı ilə birgə yaşayırlar. Bir müddət öncə o, Şəxs ilə qeyrirəsmi nikah münasibətlərində olmuşdur. Son vaxtlar aralarında mübahisə yarandığından o, ayrılmaq qərarına gəlmişdir. Teyyub mütəmadi olaraq onları narahat edir. Dəfərlərlə ona görə yaşadıqları ünvanları dəyişmişlər. Hazırda onu yox qızını seçir, qızı razı deyilsə heç vaxt onunla münasibət saxlamayacaq. Odur ki, o, protokolun təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayətçini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 01:45 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 01:45 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar