Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-161/2021 15.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X9 iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, Abşeron rayonu, Xırdalan şəhəri, QYM, R.Behbudov küçəsi, 75 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsində, anasının lotoriya pulunu ödəmədiyinə görə aralarında yaranmış mübahisə zamanı qonşusu X2 bədən nahiyyəsindən vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X11 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, ev 44-də yaşayan X1 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə lotereya pulunu ödəmədiyinə görə aralarında yaranmış mübahisə zamanı qonşuluqda yaşayan Şəxs onun bədənindən vuraraq ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan dayısıgilə qonaq getmişdir. X4 qapını döyərək, zorla evə daxil olmuşdur. Səadət əvvəl anasının 20 manat pul borcu olduğunu deyib, pulu istəmişdir. Pulun olmadığını bildirdikdə, Səadət nalayiq ifadələr işlətmişdir. Buna səbəb lotereya pulunun gecikməsi olmuşdur. Anası Səadəti sakitləşdirməyə çalışmış, lakin Səadət daha da coşaraq, küçə söyüşləri söyməyə başlamışdır. Həmin vaxt dayısı Səadətdən küçəyə çıxmasını tələb etmişdir. Mübahisə zamanı anasını müdafiə etmiş, X3 vurmamışdır. Zərərçəkmiş şəxs X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, ev 44-də yaşayır. X7 qonşusudur. Bir neçə vaxtdır ki, qonşular arasında lotereya oynu oynayırlar. Lotoreya oynamağa başlayarkən, Gülnarə pula ehtiyacı olduğunu deyib, ilkin olaraq, lotereya pulunu götürmək istədiyini bildirmişdir. Onun xahişini nəzərə alaraq, lotereyadan yığılmış 200 manat pulu Gülnarəyə vermişdir. Danışıqlara görə Gülnarə hər həftə aldığı 200 manat pula görə 20 manat ödəməlidir. Lakin Gülnarə buna baxmayaraq, heç bir ödəniş etmədiyinə görə aralarında narazılıq yaranmışdır. xx.xx.2020-ci il tarixdə pulu almaq üçün Gülnarənin yaşadığı ünvana getmişdir. Qapını döydük də Gülnarənin qızı Aytən açmışdır. Daha sonra Gülnarə gəlmiş, pulu istədikdə, Gülnarə pulu olmadığını bildirib, onunla mübahisə etməyə başlamışdır. X5 üstünə gəlmiş, əlləri ilə onun sinəsindən və boğazından vurmuş, zərbədən yerə yıxılmışdır. Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 2720 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol dirsək oynağı nahiyyəsinin sıyrığı, bel nahiyyəsinin qançırı bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. 004241 saylı vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmişin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə əsasən, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, İİ qrup əlil olmasını, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-161/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-161/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver