Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1610/2024 12.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, şikayətçi X4 iştirakı ilə, X4 Abşeron DYP Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən qəbul edilmiş 21 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 bildirdi ki, şirkətə aid "Toyota Camry" markalı, 77YU305 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində hərəkətdə olarkən DYP-i əməkdaşları tərəfindən saxlanılmış və guya avtoxulaqınlıq edirmiş kimi deyərək amma əslində heç bir səbəb olmadan avtomobil cərimə meydançasına aparılmışdır. Həmin vaxt heç bir protokol yazılmamışdır. Səhəri gün çox saylı şikayətlərdən sonra DYP əməkdaşları təcili olaraq onun iştirakı olmadan İXM-nin 342.5-ci maddəsi ilə İXP ******* saylı protokol yazıb TP6631772 saylı qərar qəbul edilmişlər. Həmin maddə göstərir ki, guya onun idarə etdiyi avtomobildə aradan qaldırmaq mümkün olmayan nasazlıq olmuşdur. Avtomobilin cərimə meydançasına niyə qoyulduğunun açıqlamasını verə bilmədiklərindən belə həqiqətə uymayan protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixində Abşeron DYP-nə yaxınlaşmış və orada Tural adlı rəisi əvəz edən əməkdaş buraxılış vərəqi yazdıqdan sonra ona hədəqorxu gələrək yazılmış protokoldan şikayət edəcəyi təqdirdə onu Abşeron ərazisində hər gördüklərində cərimə yazacaqlarını və avtomobil idarə etməyə imkan verməyə çəklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsirim sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanm (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXMnin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 12 avqust 2024-cü il tarixə, saat 15:30-a təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs Abşeron DYP Yol Patrul Xidmətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Abşeron DYP Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ərizəçi X6 xx.xx.2024cü il tarixində, saat 20.58-də Novxanı ərazisində “Toyoto Camry” hibrid minik markalı, ** YU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, konstruksiyasının digər ünsürləri nasaz olan və elə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü, 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü, 342.5-ci maddəsi üzrə təqsirli bilinmiş və ona 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan başqa X4 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.4-cü, 342.5-ci maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, həmçinin sözügedən nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, konstruksiyasının digər ünsürləri nasaz olan və elə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmasını təsdiq edən sübutlar Abşeron DYP Yol Patrul Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, X4 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X4 əməlində Azərbaycan Respublikası İXM-nin 327.4cü, 342.5-ci maddəsi ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 barəsində Abşeron DYP Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ləğv edilsin və baxılması üçün yenidən Abşeron DYP Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(012)-1610/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1610/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver