Məhkəmə qərarları › İş №3(012)-1612/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1612/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1612/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən X1, protokolu tərtib edən şəxs X10 Xidməti Alayının inspektoru, Polis serjantı X2 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 X10 Xidməti Alayının baş inspektor polis serjantı X5 tərəfindən tərtib olunmuş 08.10.2021-cu il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X10 Xidməti Alayının inspektoru, Polis serjantı X5 tərəfindən tərtib olunmuş 08.10.2021-cu il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Ekologiya Patrul Xidməti inspektoru Polis serjantı X6 tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilərək, Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 331 -ci maddəsini pozduğu üçün 100 manat məbləğində cərimə edilmişdir.16.06.2021-ci il tarixdə təxminən saat 09:00 radələrində Xırdalan şəhərindən Bakı şəhəri isitiqamətdə hərəkət edən zaman Beynəlxalq avtovağzala çatmamış böyük bir tıxac yaranmış və həmin tıxac olan hissədə YPX-nin avtomaşını onun maşınının arxa hissəsində hərəkətdə olan zaman həmin tıxacda qabağa keçmək üçün ondan yol istəmişdir. Tıxac olduğu üçün o, yol verə bilməmiş və Ekologiya Patrul Xidməti inspektoru Polis serjantı X6 ona qərəzli niyyət ilə İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli Qərar qəbul etmişdir. Qərar tamamilə əsassızdır və o, tıcaxda olduğu üçün TYP-nə yol aça bilməmişdir. Onun yan və ön hissəsində avtomobillər ilə sıx olmuşdur. Ekologiya Patrul Xidməti inspektoru Polis serjantı X6 bu fakta şahid olsa da, onun yol vermək kimi imkanı olmadığını bildiyi halda qərəzli münasibət bəsləmiş və əsassız yerə cərimə tərtib etmişdir, belə olan halda 08.10.2021 -ci il tarixli İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli Qərarın özü qanun pozuntusu ilə qəbul edildiyindən hazırki şikayətlə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli qərarı o,08.10.2021- ci il tarixdə almışdır. Ona görə də X10 xidmətinin 08.10.2021 -ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X3 şikayətini müdafiə edərək X10 Xidməti Alayının inspektoru, polis serjantı X5 tərəfindən tərtib olunmuş 08.10.2021-cu il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati qərar qəbul etmiş şəxs X10 Xidməti Alayının inspektoru, Polis serjantı X5 məhkəmədə çıxış etməklə bildirmişdir ki, 16.06.2021-ci il tarixdə sürücü Məmmədov Səbuhi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələblərinə riayət etməyərək idarə etdiyi “Mercedes” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 8-ci km-də hərəkətdə olarkən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol vermədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sürücü S.Məmmədovun törətdiyi inzibati xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12.05.2017ci il tarixli Q 25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol patrul xidməti haqqında təlimat”ın 8.2-ci bəndinin tələblərinə əsasən DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə vizual aşkar olunduğu üçün görüntülər qeydə alınmamışdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayətin təmin edilməlidir. Belə ki araşdırma zamanı müəyyən edilmişdir ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsindən daxil olmuş məktubdan görünür ki, 16.06.2021-ci il tarixdə sürücü Məmmədov Səbuhi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələblərinə riayət etməyərək idarə etdiyi “Mercedes” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 8-ci km-də hərəkətdə olarkən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol vermədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sürücü S.Məmmədovun törətdiyi inzibati xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12.05.2017-ci il tarixli Q 25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol patrul xidməti haqqında təlimat”ın 8.2-ci bəndinin tələblərinə əsasən DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə vizual aşkar olunduğu üçün görüntülər qeydə alınmamışdır. Məhkəmə iclasında izahatı alınmış X3 bildirmişdir ki, 16.06.2021-ci il tarixdə saat 09:00 radələrində Xırdalan şəhərindən Bakı şəhəri istiqamətinə gedərkən Beynəlxalq avtovağzala çatmamış böyük tıxac yaranmış və həmin tıxac olan hissədə YPX-nin avtomaşını onun maşınının arxa hissəsində hərəkətdə olan zaman həmin tıxacda qabağa keçmək üçün ondan yol istəmişdir. Tıxac olduğu üçün ona yol verə bilməmiş və nəticədə qeyd olunan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə görə qırx manat məbləğində cərimə nəzərdə tutulur. Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Beləliklə, iş materiallarında olan məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, qeyd olunan inzibati xətanın mövcud olmasını sübut edən görüntü yoxdur, xəta vizual aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yenə həmin Məcəllənin 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yenə həmin Məcəllənin 8.2-ci bəndinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü bəndinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 134.1.3-ci maddəsinə görə bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulan hallarda inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 markalı 10 ZM-002 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 331-ci maddəsini tələbinə uyğunsuzluğu təsdiq edən sübutlar protokolu tərtib edən şəxs tərəfindən məhkəməyə təqdim olunmadığından şikayət təmin edilməli, X10 Xidməti Alayının 08.10.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X1 X10 Xidməti Alayının inspektoru polis serjantı X5 tərəfindən tərtib olunmuş 08.10.2021-cu il tarixli, TP ******* saylı qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar