Məhkəmə qərarları › İş №3(012)-1612/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1612/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1612/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Qərardan şikayət verən şəxsin nümayəndəsi X5 iştirakı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı şəhər DYPİ-nin TP ******* saylı, 12 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin balansında olan **-AV-*** dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobil Bakı Şəhəri Səbail Rayonu Ş.Ələkbərova küçəsi əvvələr (xx.xx.2024-cü il tarixə kimi) tam olaraq bir tərəfli olan yol üzrə hərəkətdə olarkən xx.xx.2024-cü il İXP ******* saylı protokolla İXM 327.4.1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınını hərəkət zolağına keçirərək hərəkət qaydaları pozulaması adı ilə 150 manat 4 balla cərimə tətbiq olunmuşdur.Qeyd olunan protokolun tərtibatında böyük qanunsuzluqlara yol verildiyi üçün aşağıdakı qanun pozuntularına görə Abşeron Rayon Rayon Məhkəməsinə müraciət olunmuşdur. Son 1 ay içində tərtib olunan İXM protokollarının ardıcılığından görünür ki, baş vermiş hadisə bilərəkdən deyil sadəcə həmin ərazidə dəyişilmiş yol qaydalarının məlumatlandırılmasında və ya işarələnməsində böyük qüsurlar vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 429-4. İnzibati xəta hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının 429-3.1. maddəsi üzrə xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.X15 Nazirliyinin X17nin əməkdaşı MMC-nin təsisçisinə zəng edərək onu DYP-nin müvafiq şöbəsinə işin həll olunması üçün çağırması (İnzibati Xətalar Məcəlləsi Maddə 429-2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi).Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.) bir başa qanun pozuntusudur. İnzibati Xətaya səbəb olmuş nəqliyyat vasitəsi MMC-nin balansında olduğu üçün X17 əməkdaşı texniki vasitələrlə aşkar olunmuş xəta üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 429-4. İnzibati xəta hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasına əsasən X4 429-4.1. Bu Məcəllənin 429-3.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə sorğu göndərilməli olduğu halda bir başa telefonla danışdığı MMC-nin təsisçisi X7 haqqında eyni anda köhnə tarixə Protokol və İXM haqqında TP ******* saylı Qərar qəbul etmişdir. Lakin DYP əməkdaşı MMC-ə sorğu göndərməli MMC-öz növbəsində İnzibati Xətalar Məcəlləsinin 429-4.2. Hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verməli idi.Burdada Protokolun və çıxarılmış qərarın tərtibat ardıcılığı kobud şəkildə pozulmuşdur. Odur ki, onun barəsində tərtib edilmiş protokolun və 327.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qərardan şikayət verən şəxsin nümayəndəsi X9 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı Şəhər X17 İdarəsinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə X2 tərəfindən verilmiş şikayət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 3(012)-1135/2024 saylı qərarına əsasən Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 maddəsinə əsasən, inzibati xəta hadisəsi törədilməsinə aidiyəti sübut edilmədiyi üçün ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar məhz 15 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Yəni eyni fakt üzrə səlahiyyətli orqanın iki qərarı mövcuddur ki, onlardan biri Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 3(012)-1135/2024 saylı qərarına əsasən ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Şəhər X17 İdarəsinin polis mayoru, X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Buna görə də həmin qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 53.1.7-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar