Məhkəmə qərarları › İş №3(012)-162/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-162/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-162/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X5, Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X6, Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Rəhimov X4, Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 Eldəniz oğlunun işlədiyi Oba marketdən ümumilikdə 36 manat dəyərində yağ məhsullarını talamışdır.16 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Nuhbala Cavadov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 aldadaraq, 200 manat dəyərində “Redmi Note 11” markalı mobil telefonunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Natiq İsmayılov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 Seymur oğluna məxsus “Chevrolet Cruze” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq, avtomobilin salonundan 75 manat pulunu oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 məxsus “Mercedes” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 70 manat dəyərində ehtiyat hissələrini oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 yaşadığı evdən ona məxsus 180 maant dəyərində velosiped oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Emin Rəhimov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 məxsus “Mercedes” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 80 manat pulunu oğurlamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis myoru Ramil Əliyev protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs10 məxsus “VAZ 2104” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobildən 85 manat dəyərində akkumlyatoru oğurlayıb satmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 məxsus “VAZ 2106” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 25 manat dəyərində 25 litr yanacağı talamış və avtomobilin üzərindəki akkumlyatoru köhnə akkumlyator ilə dəyişdirib oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti göstərən Zərərçəkmiş şəxs2 aldadaraq 30 manat pulunu ələ keçirnəsi və 20 manat gediş haqqını vermədən çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Məlik Məhərrəmov küçəsində yaşayan Zərərçəkmiş şəxs9 Əlikram qızının yaşadığı ünvanın qarşısından 50 manat dəyərində çarpayı oğurlamışdır. Allahverdi Fəttah oğlunun yaşadığı evdən ona məxsus 180 maant dəyərində velosiped oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X11 ondan 5 manat dəyərində bir balon qatıq aldığı zaman aldadaraq, 100 manat saxta pul əskinası verib, 95 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X18 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, törətmiş olduğu inzibati əməlləri maddi imkansızlıqdan etmişdir. Dəymiş ziyanlar ödənilməmiş, hazırda da ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs 18 yanvar 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətaların xarakterini, şəraitini, təqsirinin dərəcələrini və inzibati xəta törədən şəxsin əvvələr cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alıb, barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 30 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar