Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1621/2024 19.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, "xxxx" Kiçik Müəssisəsi barəsində Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən EP № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Kiçik Müəssisəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmiş EP № ******* saylı protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/011196 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, "xxxx" K/M-nin ünvanına gələn xx.xx.2024-cü il tarixində 99TL762/99ZF761 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********6880 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “Yodlaşdəırılmış qida üçün yararlı duz” yükünün XİFMN kodunun və tərkibindəki yodun miqdarının müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində X2 İdarəsinə sorğu göndərilmişdir. xx.xx.2024-cü il tarixində X2 İdarəsindən daxil olmuş GM**********25 nömrəli cavab məktubunda yükün “M01 SALT” adlı natrium (CAS 7647-14-5) tərkibli qida məhsullarının istehsalında istifadə olunan yodlaşdırılmamış duz yük olduğu qeyd edilmişdir. Sözügedən raportun icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı X1 direktoru Rövşən Səmədov 700/24 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. Həmin müraciətdə Səhliyalı K/M-nin ünvanına gələn xx.xx.2024-cü il tarixində 99TL762/99ZF761 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********6880 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “Yodlaşdırılmış qida üçün yararlı duz” yükünün XİFMN kodunun və tərkibindəki yodun miqdarının müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində X2 İdarəsinə sorğu göndərilmişdir. xx.xx.2024-cü il tarixində X2 İdarəsindən daxil olmuş GM**********25 nömrəli cavab məktubunda yükün “M01 SALT” adlı natrium (CAS 7647-14-5) tərkibli qida məhsullarının istehsalında istifadə olunan yodlaşdırılmamış duz yük olduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, **********6880 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına “Yodlaşdəırılmış qida üçün yararlı duz” bəyan etmişlər. Ancaq ekspertiza rəyinə əsasən duzun yodlaşdırılmamış olduğu müəyyən edilmişdir. Standarlara uyğun olmayan duzun istifadəsi mümkün deyil. Buna görə də dövlət standartlarına uyğun olmayan, keyfiyyətsiz yodlaşdırılmamış duzun idxal edilməsinin qanun pozuntusu olduğunu qəbul edirlər və qanunla nəzərdə tutulan məsuliyyəti daşımağa hazır olduğunu bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" Kiçik Müəssisəsinin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 448-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 448-ci maddəsinə əsasən, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə "xxxx" Kiçik Müəssisəsinin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Kiçik Müəssisəsi haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Kiçik Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(012)-1621/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1621/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver