Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1623/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin Hakimi Kərimova Firuzə Şahin qızının, Pirməmmədzadə Vüsal Əli oğlunun katibliyi ilə, inzibati xəta barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İş-Nin sahə rəisi, X10, barəsində X12 icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 İştirakları İlə, xx xxxxxxxx 2000-ci il tarixdə Belqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, abşeron rayonu, masazır kəndi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə X12 materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi̇ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM)535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, X10 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İşnin Sahə Rəisi, X10 bildirdi ki, Şəxs 16 iyul 2025-ci il tarixdə X13 X3 tərəfindən Bakı- Sumqayıt şossesində saxlanılmış, Lakin o, polis əməkdaşlarının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olduğu təqdirdə O Abşeron RPİ-yə dəvət olunub barəsində inzibati tənbeh barədə protokol tərtib olunmuşdur. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etmədi və izahat verərək bildirdi ki, o, motosiklet sürücüsüdür. Qeyd olunan tarixdə Ekoloji Nəzarət postunun yaxınlığında postun əməkdaşı tərəfindən saxlanılmış və saxlanılan kimi polis əməkdaşı motoskiletin açarını çıxarmışdır. Daha sonra ondan sənədlərini təqdim etməsini bildirmiş o isə sənədlərinin üzərində olmadığını bildirmişdir. Bundan sonra ona avtoxuliqan olduğu bildirilmiş o, qeyd edilən hala yola verəcək hansısa pozuntuya yol vermədiyini bildirmişdir. Daha sonra polis əməkdaşı onunla mübahisə etmiş və digər polis əməkdaşlarını çağırmışdır. O, qabaqcadan video-çəkiliş etməyə başlamış, lakin polis əməkdaşlarının üzünü çəkməmiş, telefonu yerə tutumuşdur. Digər polis əməkdaşlarının köməyi ilə onu postun inzibati binasına aparmışlar və posta daxil olarkən ona təpik də vurmuşdurlar. Daha sonra yenidən aralarında mübahisə olmuşdur. O, polis əməkdaşlarının bütün qanuni tələblərinə tabe olduğunu, hətta motosikleti duracağa belə təmin edə biləcəyini bildirmiş, lakin polis əməkdaşları ona məhəl qoymamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 Patrul Xidməti X1 izahatında göstərdi ki, 16 iyul 2025-ci il tarixdə sürücünü saxlamış və qabaqlayıcı tədbir kimi, yəni qaçma ehtimalını nəzərə alaraq motosikletin açarını çıxarmışdır. Daha sonra sürücüyə sənədlərini təqdim etməsini bildirmiş, sürücü üzərində olmadığını bildirmişdir. Sürcü özünü təqdim etməkdən və sənədlərini verməkdən imtina etmişdir. Bundan sonra sürücü mobil telefon vasitəsilə çəkiliş etməyə və onu hədələməyə başlamışdır. Dəfələrlə sürücü nizamintizama dəvət edilsə də o, heç bir sözə məhəl qoymamış mobil telefon vasitəsilə çəkiliş etməyə davam etmiş və hətta digər polis əməkdaşlarının onu saxladığı üçün işdən çıxartdığını bildirmişdir. Bundan sonra da polis əməkdaşları posta dəvət olunmuş və onun barəsində X12 protokol tərtib olunmuşdur. Müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X11 məhkəmə iclasında əməldə inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında baxış keçirilmiş hadisənin görüntülərini əks etdirən video görüntüdən görünür ki, Şəxs polisin fəaliyyətinə mane olmuş, qanuni tələblərini yerinə yetirməmişdir. X12 işin materiallarını tədqiq edərək, barəsində X12 icraat aparılan şəxsi, protokol tətib etmiş şəxs və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. “Polis Haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. ii-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh ınzibatixətalar məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş görüntülər məhkəmə icraatı zamanı tərəflərin iştirakı ilə baxılmış və şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması halının aşkar görüntülərinin mövcud olması təsdiq edilmişdir. Şahidin ifadəsi hadisənin obyektiv mənzərəsini formalaşdırır və iş üzrə təqdim olunan videoçəkiliş və protokollarla da uyğunluq təşkil edir. şahidin, yəni hadisə yerində olan polis əməkdaşlarıının verdiyi izahat şəxsin dediklərini təkzib edir və protokollarda göstərilən faktları təsdiqləyir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, şəxs hərəkətləri ictimai asayişin və hüquqmühafizə orqanlarının nüfuzunun pozulmasına yönəlmiş, onun törətdiyi inzibati xətaların obyektiv və subyektiv tərkib əlamətləri tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. barəsində X12 İş Üzrə İcraat Aparılan Şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət X4 ödənilməlidir. yuxarıda X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, Qərara Aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində X12 iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət X4 Ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1623/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1623/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver