Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1624/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosu X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, 21 oktyabr 1987-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov tərəfindən tərtib edilmiş 16 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 17 noyabr 2021-cü il tarixli, 2(012)-3917/2021 saylı icra vərəqəsinə əsasən 04 iyun 2021-cü il tarixdən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində 390 manat aliment tutularaq, X5, X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı müvafiq tədbirlər görülsə də, icra sənədi üzrə olan borcun ödənilməsini təmin etmək mümkün olmamışdır. Qərəzli şəkildə öhdəliyin icrasından yayınan borclu müxtəlif bəhanələr gətirərək aliment öhdəliyinin icrasından yayınmasına haqq qazandırmağa çalışmış, icra məmurunun qanun tələblərini yerinə yetirməmişdir. Onun hazırda 1247 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək, bildirdi ki, müəyyən səbəblərdən əvvəlki dörlərdə xeyli miqdarda aliment borcu olmuşdur. Lakin sonradan iş tapıb işlədiyi üçün aylıq aliment borcunu və əvvəldi dövürdən yaranmış xeyli miqdarda, təxminən 6000 manat aliment borcundan 3000 manatı tələbkar tərəfindən uşaq uzun müddət onun özünün himayəsində olduğu üçün güzəşt edilmiş, 2000 manat məbləğində ödənişlər etmiş hazırkı dövrə cəmi 1000 manat aliment borcu qalmışdır. Bu günə olan aliment borcunu da artıq ödəmişdir. Protokolda qeyd edilmiş 1247 manat borc ayın sonuna qədər hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Məhkəməsinin 17 noyabr 2021-cü il tarixli, 2(012)-3917/2021 saylı icra vərəqəsinə əsasən 04 iyun 2021-cü il tarixdən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində 390 manat aliment tutularaq, X5, X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir.
2. Abşeron rayon Məhkəməsinin 17 noyabr 2021-cü il tarixli, 2(012)-3917/2021 saylı icra vərəqəsi 23 dekabr 2021-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar qəbul edilmişdir;
3. Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində 11 iyun 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir
4. Abşeron rayon Məhkəməsinin 21 dekabr 2021-cü il tarixli, 2(002)-3917/2021 saylı icra sənədi üzrə tələbi icra edilməiyindən görə Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir
Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması öz təsdiqini tapmır. Belə ki, həmin maddə inzibati xətanın qəsdən törədilməsini özündə ehtiva edir, məhkəmə prosesində isə borclu tərəfindən alimentin qəsdən ödənilməməsi halı müəyyən edilməmiş, onun qərəzli şəkildə ödəniş etməkdən yayınması sübuta yetirilməmişdir. Proses gününə olan borc isə tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında borclunun icra sənədii ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması, icra məmurunun çağırışlarına gəlməkdən qəsdən yayınması sübuta yetirilməmişdir. Barəsində axtarış haqqında qərar qəbul edilməmişdən əvvəl, onun şöbəyə dəvət olunmasına və onun gəlməkdən imtina etməsinə dair sübut təqdim edilməmişdir. Əksinə olaraq müəyyən edilmişdir ki, o əvvəlki mobil nömrədən istifadə etməklə eyni ünvanda yaşamaqdadır. Həmçinin mütamaddi olaraq aliment öhdəliyinin icrasını təmin etmişdir. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov