Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1627/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1, zərərçəkimiş şəxs X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Ağstafa rayonu, Dağ kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağstafa rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 27.08.2021-ci il tarixdə saat 20:00 radələrində MD-23 qəsəbəsi, Q. Nəbi küçəsində qaynı X4 məxsus OPEL ASTRA markalı avtomobilini əzmişdir və bununla da zərərçəkmiş şəxsə az miqdarda, 500 manat məbləğində ziyan vurmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qaçaq Nəbi küçəsi, ev 6-da yaşayan X6 27.08.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq və ərizəilə Abşeron RPi-nə müraciət edrək, 27.08.2021-ci il tarixdə qardaşı arvadı Şəxs yaşadığı evin qarşısında onunla mübahisə etdiyini, mübahisə zamanı ona məxsus “Opel Astra” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşələrinə daşla vurmaqla yararsız hala salaraq ona 500 manat məbləğində ziyan vurmuşdur. Həmin fakt əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin fakt əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X6 onun qaynı olduğunu, onlar əvvəllər bir həyətdə yaşasalarda, həyat yoldaşı Natiq ilə aralarında tez-tez ailə daxili münaqişələr olduğu üçün onlardan ayrı yaşayır. 27.08.2021-ci il tarixdə saat 20 radələrində o, azyaşlı övladı Namiqi atası Natiqin yaşadığı evə uşağına birazda atası baxması üçün gətirmiş, bu zaman həyat yoldaşı Natiq uşağı ondan aldıqdan sonra ona məxsus Samsung A21S markalı mobil telefonunda əlindən almış, ona telefonunu vermək istəmədiyi üçün həyat yoldaşı Natiq telefonunu zorla əlindən alaraq yerə vurmuşdur, bundan sonra həyətdən çölə çıxıb, evin qarşısında qaynı Zamiqin saxladığı Opel markalı avtomobilin üzərinə yerdən daş götürüb atmaqla maşınının sol arxa şüşəsini, qabaq ön şüşəsini, dam hissəsini, qabaq ön hissəsinə ziyanlıq yetirdiyi üçün qaynı Zamiq Dİn-nin 102 Xidmətinə zəng vurub ondan şikayət etmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Zərərçəkmiş şəxs X6 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, özünə məxsus Opel markalı avtomaşınla taksifəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Barəsində şikayət etdiyi Şəxs onun qardaşı Natiqin həyat yoldaşıdır. Əfsanə qardaşı Natiqdən ayrı yaşayır. Qardaşı Natiq ilə Əfsanə arasında ailə daxili münaqişələr olduğu üçün bir yerdə yaşamadıqlarınl, 27.08.2021-ci il tarixdə saat 20 radələrində qardaşı arvadı Şəxs onun yaşadığı ünvana gələrək onun ailə üzvləri ilə mübahisə etməyə başlamış, bu zaman Zamiq Əfsanənin qolundan tutub evini tərk etməsinə onları narahat etməməsini demiş, Əfsanə çölə çıxdıqdan sonra yaşadığı evin qarşısında saxladığı ona məxsus metalik rəngdə olan, Opel Astra markalı, **-VY-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə daş atçmaqla maşınının sol arxa şüşəsini, qabaq ön şüşəsini, dam hissəsini, qabaq ön hissəsinə daşla vuraraq maşına təxminən 500 manata yaxın ziyanlıq yetirdiyi üçün, o da DİN-nin 102 xidmətinə zəng vurub şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06.09.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati məsuliyət əlamətləri olduğundan qərarın sürəti Abşeron rayon Pİ-in İTŞ-nə göndərilmişdir. Abşeron rayon Pİ-si tərəfindən 19.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1627/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1627/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver