Məhkəmə qərarları › İş №3(012)-1631/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1631/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1631/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron rayon Pİ-nin İTŞ-in sahə rəis X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X4, onun müdafiəçisi, vəkil bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Astara rayonu, Təxtənəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu, Təxtənəkəran kəndində qeydiyyatda olan X9 barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN serialı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanından usta kimi işləyən Zərərçəkmiş şəxs məxsus 599 manat dəyərində olan “Redmi Note 10S” markalı mobil telefonun gizli yolla oğurlamışdır. Bunagörə də o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə məhkəməyə verilmişdir. X9 tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Abşeron rayon Pİ-nin İTŞ-in sahə rəis X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 62-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə DİN-in “102” xidməti zəng mərkəzinə və xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə usta kimi işlədiyi ünvan 1 ünvanından özünə məxsus 599 manat dəyərində olan “Redmi Note 10S” markalı mobil telefonun həmin mənzildə fəhlə kimi işləyən Elnur adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Abşeron rayon Pİ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən X4 əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərindən ünvan 1 ünvanında usta kimi işləməyə başlamış, həmçinin Elnur adlı şəxs də həmin mənzildə fəhlə kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində işini görüb qurtardıqdan sonra oradan çıxıb yaşadığı evə getmiş və evə çatdıqdan sonra ona məxsus “Redmi Note 10S” markalı mobil telefon yadlndan çıxaraq işlədiyi yerdə qalmışdır. Buna görə də başqa nömrədən öz nömrəsinə zəng etmiş və Elnur cavab vermişdir. Elnura telefonu mənzildə saxlamasını, növbəti gün işə gələndə götürəcəyini demişdir. Elnur isə telefonu özü ilə aparacağını, işə gələndə ona verəcəyini bildirmişdir. O isə Elnurla razılaşmamış və telefonu aparmamasını bildirmişdir. xx.xx.2022ci il tarixdə işə gəlmiş və telefonun mənzildə olmadığını görmüşdür. Həmçinin Elnur da həmin gündən etibarən işləmək üçün mənzilə gəlməmişdir. Ona məxsus olan telefonu 2021-ci ilin dekabr ayında 599 manata almış və həmin mobil telefon 8645 7305 2150 183 və 8645 7305 2150 191 İMEİ kodları ilə istifadə olunmuşdur. X3 şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü protokol üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 2 aydan çoxdur ki, Zərərçəkmiş şəxs tanıyır. O, Bakı şəhərinə işləmək məqsədi ilə gəlmiş və Ziyadla da işləmək üçün tanış olmuşdur. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində Ziyad ona bildirmişdir ki, iş var və sən də gəl orada fəhlə kimi işlə. Elnur da onun razılaşmış və həmin vaxtdan etibarən ünvan 1 ünvanında fəhlə kimi işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Ziyada məxsus telefona zəng gəldiyini görmüş, həmin zəngə cavab vermişdir. Ziyad mobil telefon yadından çıxıb qaldığını, həmin mobil telefonu ona məxsus çantanın içinə qoymağı, özü sabah gəlib götürəcəyini bildirmişdir. Onun dediyini edəcəyini bildirsə də, mobil telefonu çantanın içinə qoymamış və söndürmüşdür. Təxminən saat 22 radələrində işləri qurtardığı üçün həmin mənzildən çıxmış və Ziyada məxsus “Redmi Note 10S” markalı mobil telefonu satmaq məqsədi ilə “Meyvəli” bazarı adlanan yerə getmişdir. Orada tanımadığı şəxslərdən mobil telefon almaq istəyən olııb-olmadığını maraqlanmış və həmin şəxslərdən biri ona almaq istədiyini demişdir. Elnur həmin şəxsə telefonu 200 manata satdığını bildirmmiş və o da razılaşmışdır. Həmin mobil telefonu 200 manata satdıqdan sonra həmin pulu öz şəxsi xərcləri üçün xərcləmişdir. Bundan sonra da Ziyadın ona məxsus mobil telefonu onun oğurladığını bildiyi üçün artıq həmin mənzilə işləmək üçün getməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X10 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peçmançılıq çəkməsini və məsuliyyətini dərk etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə X4 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in İTŞ-nə göndərilmişdir. İnizbati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X9 həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X4 barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: X9 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X7 müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar