Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1636/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1994-cü ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Fatmayı kəndi, yeni məhəllədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: 07.09.2021-ci il tarixdə saat 17:00 radələrində Şəxs idarə etdiyi Mercedes Benz 180 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Digah qəsəbəsi ilə Mehdiabad qəsəbəsi istiqamətinə saatda 60 km sürətlə hərəkətdə olan zaman idarəetməni itirmiş avtomobil əks hərəkət zolağına çıxmış Məmmədli kəndi istiqamətinə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi İsuzu markalı **-JL-*** dövlət qeydiyyat nişanlı toqquşmuş hadisə nəticəsində Ə. Əhmədov özü və H. Salahov sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri almışlar. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Mercedes Benz markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 07.09.2021-ci il tarixdə 17 radələrində yağmurlu hava şəraitində idarə etdiyi həmin avtomobillə Abşeron rayonu, Digah qəsəbəsində, Digah-Mehdiabad yolu ilə Mehdiabad qəsəbəsi istiqamətinə saatda 60 sürətlə hərəkətdə olduğu zaman döngəyə çatdıqda sürəti azaltmaq üçün ayağını tormoza atdıqda yer yaş olduğu üçün idarəetməni itirmişdir və avtomobil əks hərəkət zolağına çıxmışdır və nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi əks hərəkət zolağı ilə hərəkətdə yük avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almışdırvə 03 saylı Sabunçu xəstəxanasına müraciət etmişdir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 18.09.2021-ci il tarixli, 2164 saylı rəyindən görünür ki, vət. H.Ə. Salahovun bədəni üzərində müəyyən edilmiş xəsarət – sol diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi bərk küt əşya təsirindən, müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarda göstərilən 07.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbolan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İşə əlavə edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, sürücülər Zərərçəkmiş şəxs və Şəxs hadisə vaxtı ayıq olmuş, onlarda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz ifadəsindən başqa, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 31.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1636/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1636/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver