Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1639/2024 12.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi yaşayış ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Kəngərli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(111)-7/2024 nömrəli icra vərəqəsinə əsasən 30 avqust 2023-cü il tarixdən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində 220 manat aliment tutularaq, 05 iyun 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası X4 ödənilməsi, eyni zamanda alimentin müvəqqəti tutulması barədə Kəngərli rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(111)-249/2023 saylı qərardadı ləğv edilmiş, aliment tutularkən həmin qərardad üzrə aparılmış ödənişlərin nəzərə alınması qərara alınmışdır. Sözügedən Kəngərli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(111)-7/2024 nömrəli icra vərəqəsi 16 fevral 2024cü il tarixdə icraya yönəldilmiş, icraata qəbul başlanılaraq, ona hüquq və vəzifələri izah olunmuş, icra vərəqəsinin icrasının məcburiliyi barədə xəbərdarlıq edilmişdir. Borclu icra sənədi üzrə cəmi 100 manat məbləğində pul ödəmiş, hazırda isə ödənilməmiş 2320 manat aliment pulu qalmışdır. Borclu bugünədək icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməməsinin səbəbini işsizlə əlaqələndirilmiş, ona hazırda müəyyən borcdan ödəniş etməsi tələb olunsa da o, yaxın 2 ay ərzində ödəyə biləcəyini bildirmişdir. Tələbkar icra şöbəsinə müraciət edərək, borcludan aliment pulunun ödənilməsini tələb etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin yenidən ailə qurduğundan və həmin nikahdan yenidoğulmuş körpəsi olduğundan əvvəlki nikahdan olan övladı üçün aliment ödəyə bilməmişdir. Tezliklə işləyib icra vərəqəsi üzrə yaranmış borcundan ödənişlər edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Kəngərli rayon məhkəməsinin 30 avqust 2023-cü il tarixdən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində 220 manat aliment tutularaq, 05 iyun 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası X4 ödənilməsi, alimentin müvəqqəti tutulması barədə Kəngərli rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(111)-249/2023 saylı qərardadı ləğv edilmiş, aliment tutularkən həmin qərardad üzrə aparılmış ödənişlərin nəzərə alınması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 16 fevral .2024-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. X6 tərəfindən icra şöbəsinə ünvanlanmış 07 iyun 2024-cü il tarixli ərizədən görünür ki, o, ərizə ilə müraciət edərək, borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, dəfələrlə hissə-hissə ödəniş barədə razılıq əldə olunsa da sonradan ödəniş aparmamış, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Ona xəbərdarlıq edilmiş əlavə vaxt verilmiş lakin nəticəsi olmamışdır. Beləliklə məhkəmə Şəxs ikinci dəfə ailə həyatı qurmasını və himayəsində yeni doğulmuş körpəsinin baxıma ehtiyacı olmasını göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti əsaslı hesab etməyərək ilk nikahdan olan övladının baxıma ilə bağlı laqeydlik nümayiş etdirməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1639/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1639/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver