Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-164/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nın iştirakı ilə Binəqədi rayon DYPŞ-in YPX tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon DYPŞ-in YPX tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdən Binəqədi rayonu 20 nömrəli uşaq poliklinikasında sahə tibb bacısı vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə Mehdiabad - Binəqədi yolunda Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X3 tərtib etdiyi İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokola əsasən karantin qaydalarını bozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmin protokol tərtib edildikdən sonra xx.xx.2020-ci il tarixli, TP 363733 nömrəli X8 "haqqında Qərar qəbul edilmişdir. Agentlikdə işləyən bütün əməkdşalr kimi onun da iş icazəsi icazə portalında olmuşdur. İş icazəsinin icazə portalında qeydiyyatdan keçməsinə baxmayaraq onun barəsində Azərbaycan Respublikasının İXMnin 211-ci maddəsi ilə cərimə yazılmışdır. Buna görə Binəqədi rayon DYPŞ-in YPX tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Binəqədi rayon DYPŞ-in YPX-in nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Binəqədi rayon DYPŞ-in YPX-in əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon DYPŞ-in YPX tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Binəqədi rayon DYPŞ-in YPX tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozması faktı aşkar edilmiş və nəticədə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin Uşaq Poliklinkasının xx.xx.2021-ci il tarixli, 16 saylı arayışdan görünür ki, X4 xx.xx.2013-cü il tarixdən Binəqədi rayonu, 20 nömrəli poliklinikasında sahə tibb bacısı vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə xx.xx.2020-ci il tarixdə baxılmışdır. X2 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 122 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidə qeyd olunmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, X4 iştirakı olmadan barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə tətbiq edilməsinə dair birbaşa qərar qəbul etmişdir. Bundan əlavə Binəqədi rayon DYPŞ-si X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2020-ci il tarixdə 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin Uşaq Poliklinkasının xx.xx.2021-ci il tarixli, 16 saylı arayışdan görünür ki, X4 xx.xx.2013-cü il tarixdən Binəqədi rayonu, 20 nömrəli poliklinikasında sahə tibb bacısı vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 122 nömrəli Qərarı ilə X2 ölkə ərazisində hərəkət etməyə icazəsi olmuşdur. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati cərimə tətbiq edilməsinə dair Binəqədi rayon DYPŞ-in YPX-in xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş TP ******* saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Binəqədi rayon DYPŞ-in YPX tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-164/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-164/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver