Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1640/2025 27.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi verərək Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 RPİ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. O şikayətində qeyd etmişdir ki, 09 iyul 2025-ci il tarixdə təxminən saat 11:10-da sınaq müddəti ilə yenicə işə başladığı ünvan 1 ünvanında yerlaşən "Bayandım" ayaqqabı mağazasında olarkən Abşeron rayon Polis İdarəsinin adını bilmədiyi sahə müvəkkili mağazaya girərək, ondan heç bir sənəd tələb etmədən mağazanın qapısının yanında olan boş ayaqqabı qutusunu niyə bura qoyduqlarına dair irad bildirərək boş qutunun yerə qoyulmağının İXM-nin 266.3-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığını, buna görə 300 manat cərimə nəzərdə tutulduğunu və 300 manat cəriməni dərhal ödəməyi ondan tələb etmişdir. O mağazanın ona məxsus olmadığını, ora yeni gəldiyini, ayaqqabı qutusunu yer atmadığını bildirərək mağaza sahibini çağırmışdr. Lakin sahə müvəkkili onun sözlərinə məhəl qoymamış, öz maşını ilə Xırdalan şəhəri, Köhnə bazar deyilən əraziyə apararaq, orada Post Patrul maşınına təhvil vermiş, onlar da Abşeron RPİ-nə aparmışlar. Şikayətdə Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli qərarının əsassın və qanunsuz olması səbəbindən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaqraq Abşeron RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən məhkəmə iclasının Abşeron RPİ-nin nümayəndəsi olmadan keçirilməsini mümkün hesab edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin xx.xx.2025-ci il qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən inzibati qaydada 300 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı və şikayət verən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respulikası Qanunun 1-ci maddəsinə əsasən tullantılar - qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalardır. “Tullantılar haqqında” Azərbaycan Respulikası Qanunun 12-ci maddəsinə əsasən məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 məişət tullantısını tutumlardan (urnalardan) kənar yerə atmışdır. Bu isə İXM-nin 266.3-cü maddəsinin tərkibini formalaşdırmışdır. Qeyd olunan pozuntu ilə əlaqədar qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməli, qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; Həmin Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 barəsində qəbul edilmiş Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1640/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1640/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver