Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1644/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X2 və Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidməti tərəfindən tərtib edilmiş MN №1065015 saylı, 11.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə 03.12.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X16 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidməti tərəfindən tərtib edilmiş MN №1065015 saylı, 11.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X16 şikayətini belə əsaslandırdı ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 11 oktyabr 2021-ci il tarixli MN ******* saylı qərarı ilə inzibati xəta törətməkdə Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə o, təqsirli bilinərək barəsində inzibati iş başlanmış və o, sözügedən qərarla həmin maddənin tələbinə əsasən 4500 manat məbləğində cərimə olunmuşdur. O, barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1ci maddəsi ilə inzibati iş başlanmış X16 29.04.2019-cu il tarixli daxili əmrlə "xxxx" Firmasının direktoru kimi fəaliyyət göstərir. Abşeron rayon Prokurorluğunun 03.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarına əsasən barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. Abşeron rayon Prokurorluğu qərarını onunla əsaslandırmışdır ki, 01.06.2021- ci il tarixdə Sumqayıt şəhər TTYS-dan 27.02.1990-ci il təvəlüdlü X6 rayonu Müşfıqabad qəsəbəsində yerləşən metal əritmə sexində işləyərkən ehtiyatsızlıqdan yanıq xəsarəti almışdır. Qərarın təsviri hissəsində qeyd olunur ki, guya xəsarət alan X17 izahatında qeyd etmişdir ki, bir ilə yaxındır ki, direktoru olduğu Firmada fasilələrlə Rəşad adlı sex rəisinin yanında sobaçı işləyirdi. 17.04.2021-ci il tarixində saat 13-14 radələrində Rəşadın sexində yanıq xəsarəti almış və 01.06.2021-ci il tarixində həkimə müraciət etmişdir. Göründüyü kimi 17.04.2021 -ci il tarixində saat 13-14 radələrində xəsarət alan şəxsin hansı səbəblərdənsə 01.06.2021-ci il tarixdə həkimə müraciət etməsi özlüyündə prokurorluğun qərarının qanunsuz, qərəzli olduğunun göstəricisidir. Prokurorluq araşdırma apararkən işin bu halını araşdırmamışdır. Digər tərəfdən Prokurorluğun təhqiqatçısı tərəfindən qərəzli olaraq izahatı alınmış X17 hələ ilk öncə sexə gələrək bildirmişdir ki, o rəhbərliyin məlumatı olmadan tez-tez dostu Rəşadın yanına gedib gəlirdi və bəzi vaxtlarda Rəşadın xahişi ilə ona kömək edirdi. Növbəti dəfə Rəşadın yanında olarkən ehtiyatsızlıqdan yüngül olaraq ayağı sexdə yanmışdır. Lakin bu barədə şikayətçi olmamışdır. Digər xəstəliyi ilə bağlı həkimə müraciət etdikdə onun bu xəsarəti barədə də məlumat polisə verilmişdir. Sonra onu, polis bölməsinə daha sonra isə Abşeron rayon Prokurorluğuna çağılaraq ondan izahat almışlar . O heç kəsdən şikayətçi-deyil, heç vaxt onun direktoru olduğu firmada işləməmiş, onu rəhbərlik onunla əmək müqaviləsi bağlamadan onu işə cəlb etməmişdir. X17 qeyd etmişdir ki, prokurorluqda onun izahatı yazılmış və ona məcburi imza etdirmişlər. Bütün qeyd olunanlar barədə Fərid aidiyyəti orqanlara yazılı izahat yazaraq məlumat vermişdir. X17 adlı şəxs heç vaxt direktoru olduğu "xxxx" Firmasında işləməmiş, o və kollektiv üzvləri onu tanımır, hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir, onun həmin firmada heç vaxt işləmək niyyəti olmamışdır. 2021-ci ilin iyun ayının sonunda polis bölməsinin təhqiqatçı "xxxx" Firmasına gəldikdə və gəlişinin məqsədi ilə maraqlandqda hadisə barədə məlumatı olmuşdur. Bundan sonra Rəşadın qanunsuz hərəkətləri (icazəsiz tanışının onun yanına iş vaxtı gəıib getməsi) kollektivin iclasında müzakirə olunub və 30.06. 2021-ci ildə X13 ilə "xxxx" Firması arasında bağlanmış müqavilə ləğv olunmuş və o, işdən azad olunmuşdur. Göründüyü kimi o fəaliyyəti dövründə heç bir inzibati xəta törətməmişəm, heç kəsi əmək müqaviləsi olmadan işə cəlb etməmiş, Abşeron rayon Prokurorluğunun barəsində haşlanılan inzibati xəta haqqında inzibati iş əsasızdır. Hadisə baş vermişdisə də Prokurorluq fiziki şəxs kimi Rəşad Quliyev barəsində inzibati iş araşdırmalı idi. O, bütün sübutları prokurorluğu təhqiqatçısı Ramin müəllimə təqdim etsə də, araşdırma vaxtı onlar iş materiallarından kənarlaşdırılmişdir. (Fəridin aidiyyatı orqanlara müraciət ərizəsi, Rəşadın işdən azad olunması barədə əmrin surəti və sair.) Sonra Prokurorluq qəbul etdiyi Qərarını onun inzibati məsuliyyətə cəlb etmək üçün hazırda Qərarından şikayət etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərmiş və o, prokurorluğun Qərarı müzakirə olunarkən bütün sübutlarını təqdim etsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 həmin sübutları araşdırmamış və hüquqi qiymət vermədən qanunsuz və əsasız olaraq barəsində Qərar çıxartmışdır. Sonda o, Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidməti tərəfindən tərtib edilmiş MN №1065015 saylı, 11.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidmətinin nümayəndəsi X5 bildirdi ki, X16 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 11 oktyabr 2021-ci il tarixli MN ******* saylı qərarı ilə inzibati xəta törətməkdə Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə o, təqsirli bilinərək barəsində inzibati iş başlanmış və o, sözügedən qərarla həmin maddənin tələbinə əsasən 4500 manat məbləğində cərimə olunmuşdur. 01.06.2021-ci il tarixdə Sumqayıt şəhər TTYS-dan 27.02.1990-cı il təvəllüdlü X10 Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən metal əritmə sexində işləyərkən ehtiyyatsızlıqdan texniki yanıq xəsarəti almışdır. Sonda o, X16 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Ayaz Salah oğlunun izahatında göstərdiyi xüsusatları təsdiqləmiş və əlavə olaraq izahatında göstərdi ki, F. Haşımovu 2021-ci ilin aprel ayının əvvəllərindən “Şəhriyar 99” firmasında sobaları işlək vəziyyətə gətirmək üçün köməyə çağırdığını, birlikdə işlədiklərini, lakin sonuncunun həmin müəssisədə işləməsindən firma rəhbərliyinin xəbərinin olmadığını, F. Haşımovun həmin müəssisədə yanıq xəsarəti almasını, ilkin tibbi yardım göstərdikdən sonra taksi ilə evə yola saldıqlarını bildirmişdir. O, F. Haşımovun tibbi xərcləri üçün öz qazancından 300 manat, Ayaz Salahovun isə 1000 manata yaxın tibbi yardım etdiyini bildirmişdir. Yoxlama materialına əlavə edilmiş MTE və PA Birliyi PHŞ-in Abşeron rayon şöbəsinin 1204 saylı ekspert rəyində X10 bədəni üzərində aşkar olunmuş xəsarətlərin 17.04.2021 -ci il tarixdə maye halda metalın ayağına tökülməsi nəticəsində əmələ gəldiyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid olduğu qeyd edilmişdir. İş materiallarında olan “Şəhriyar 99” firmasının təsisçisinin 30 aprel 2019-cu il tarixli qərarı ilə firmanın direktoru X1 onun 29.04.2019-cu il tarixli ərizəsinə əsasən xitam verilmiş, həmin tarixdən firmanın direktoru vəzifəsinə X16 təyin edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X24 Salahovun direktoru olduğu Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən metal əritmə sexində metal əritmə işlərinin yerinə yetirilməsinə cəlb edilmiş, sonuncuya Rəşad Quliyev vasitəsilə günəmuzd olaraq əlbəəl əmək haqqı verilmişdir. 17.04.2021-ci il tarixdə F. Haşımovun metal əritmə sexində yanıq xəsarəti alması zamanı müəssisənin istehsal prosesinə, məhsulların kəmiyyət və keyfiyyətinə, habelə işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə cavabdeh olan Ayaz Salahovun tutduğu vəzifəyə laqeyd və etinasız yanaşması, hadisə baş verən zaman F. Haşımova tibbi müdaxilənin həyata keçirilməsi, müvafiq səhiyyə müəssisəsinə çatdırılmasını təşkil etmək əvəzinə taksi ilə yaşadığı ünvana yola salması, daha sonra sonuncunun səhhətinin vəziyyəti ilə maraqlanmaması, eyni zamanda ayağındakı ağrıların kəskinləşməsi səbəbindən məcbur olaraq Sumqayıt şəhər X21 stansiyasına müraciət etdikdən sonra F.Haşımova tibbi yardım məqsədilə 1000 manata yaxın pul verməsi onun tutduğu vəzifəyə hansı dərəcədə layiq olmasını göstərməkdədir. Vəzifəli şəxslərin inzibati məsuliyyətini nəzərdə tutan İXM-nin 17-ci maddəsinin qeydinə görə X16 vəzifəli şəxsdir və o, vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmalıdır. Dövlət hakimiyyət funksiyasını həyata keçirən şəxslər dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qüvvədə olan əmək qanunvericiliyinə görə işçi müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildikdə, əmək münasibətlərinin tərəfləri olan işəgötürən ilə işçi arasında Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri əks etdirilməklə fərdi qaydada olmaqla yazılı formada Əmək müqaviləsi bağlanılır. “Şəhriyar 99” firmasına məxsus Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən metal əritmə sexinin direktoru Ayaz Salahov əmək fəaliyyətinə cəlb edilən Fərid Haşımovla əmək müqaviləsi bağlamamaqla Azərbaycan Respublikası Əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər-hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ayaz Salahov tərəfindən verilmiş izahatda onun Fərid Haşımovun rəhbərlik etdiyi metal əritmə sexində işləməsi təkzib edilsə də izahatları alınmış bütün fəhlə və ustalar F.Haşımovun Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki metal əritmə sexində fəhlə işləməsini təsdiq etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidməti tərəfindən tərtib edilmiş MN №1065015 saylı, 11.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X16 Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidməti tərəfindən tərtib edilmiş MN №1065015 saylı, 11.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1644/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1644/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver