Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1648/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, inzibati xəta törətmiş şəxs Şəxs və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, xx.xx.1981-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Ə. Vahidküçəsi ev 7-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ev 30, bina 4, mənzil 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şirvan Apelyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(106)-1668/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 hüquqi varisi Həbibova (Hüseynli) Səidə Mirzə qızından qəbul olunmuş miras aktivinin həddini aşmamaqla və cavabdeh Şəxs 9353 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə olmaqla ümumilikdə 9403 ABŞ dolları məbləğində borc müştərək qaydada, öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1668/2019 saylı icra vərəqəsi 22.10.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan 9403 ABŞ dolları məbləğindən cəmi 200 manat məbləğində pul ödəmişdir. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəmir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, tələbkar "xxxx" MMC-yə olan 9403 ABŞ dolları məbləğində borc puldan 200 manat məbləğində pulu ödəmişdir. Hal-hazırda aylıq əmək haqqı 270 manat olduğu üçün, himayəsində 1 azyaşlı uşağı və xəstə atası olduğu üçün ödəniş edə bilmir. Hər ay əmək haqqının yarısını ödəməyə hazırdır. Başqa gəlir mənbəyi olmadığı üçün icra vərəqəsində qeyd olunan məbləği ödəyə bilmir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi X4 verdiyi izahatında göstərmişdir ki, Şəxs tələbkar "xxxx" MMC-nə olan 9403 ABŞ dolları məbləğində borcunu ödəməkdən boyun qaçırmır. Ödənişlər edə bilməməsinin səbəbi aylıq əmək haqqı 270 manat olduğu üçün, himayəsində 1 azyaşlı uşağı və xəstə atası olmasıdı. Hal-hazırda maddi imkanı yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati işə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş 11.09.2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində məcburi gətirmə haqqında qərar elan olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 16-cı maddəsinin tələblərinə əsasən Şəxs fiziki şəxsdir. Buna görə də o, fiziki şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1648/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1648/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver