Məhkəmə qərarları › İş №3(012)-1649/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1649/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1649/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş böyük icra məmuru X6 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Novxanı kəndin ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X13 oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokoldan görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 1(008)- 53/2019 saylı, 21.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 28110 (iyirmi səkkiz min yüz on) manat məbləğində pul alınaraq tələbkar X10 ödənilməlidir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 1(008)-53/2019 saylı, 21.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 28110 (iyirmi səkkiz min yüz on) manat məbləğində pulun alınaraq tələbkar X10 ödənilməsi hökm edilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 1(008)- 53/2019 saylı, 21.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 28110 (iyirmi səkkiz min yüz on) manat məbləğində pul alınaraq tələbkar X10 ödənilməlidir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 1(008)-53/2019 saylı, 21.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 28110 (iyirmi səkkiz min yüz on) manat məbləğində pulun alınaraq tələbkar X10 ödənilməsi hökm edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bidirdi ki, yenicə işə düzılmişdir, aylıq əmək haqqı 300 manat təşkil edir, ona görə də borcunu hissə-hissə ödəyəcəyinə söz verir . Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materillarında olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 1(008)-53/2019 saylı, 21.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən mülki iddiaçı Anar Həsənovun cavabdehlər Şəxs və avtomobilin mülkiyyətçisi X4 qarşı iddia tələbi qismən təmin edilmişdir. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə xəstəxanada çəkilmiş xərclə bağlı 21000 manat məbləği, ekspert rəyinə görə, avtomobilə dəymiş ziyanla bağlı 5310 manat məbləği, istintaq və məhkəmədə hüquqi yardıma görə vəkilə ödənən 800 manat məbləği və mənəvi zərərə görə 1000 manat məbləği, ümumilikdə 28110 manat məbləğində pulun Şəxs və avtomobilin mülkiyyətçisi X1 tutularaq mülki iddiaçı X10 ödənilməsi hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)- 892/2019 saylı, 21avqust 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən edilmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 1(008)-53/2019 saylı, 12 aprel 2019-cu il tarixli hökmü dəyişdirilərək mülki iddiaçı Anar Həsənovun cavabdehlər Şəxs və mülki cavabdeh X5 qarşı iddia tələbi qismən təmin edilmişdir. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə xəstəxanada çəkilmiş xərclə bağlı 21000 manat məbləği, ekspert rəyinə görə, avtomobilə dəymiş ziyanla bağlı 5310 manat məbləği, istintaq və məhkəmədə hüquqi yardıma vəkilə ödənən 800 manat məbləği və mənəvi zərərə görə 1000 manat məbləği, ümumilikdə 28110 manat məbləğində pulun Şəxs və mülki cavabdeh X2 tutularaq mülki iddiaçı X10 ödənilməsi hökm edilmişdir. İş materiallarında olan 23.02.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, 26.09.2020-ci il tarixdə 50 manat, 14.10.2020-ci il tarixdə 50 manat, 10.11.2020-ci il tarixdə 50 manat, 25.10.2021-ci il tarixdə 300 manat məbləğində pulu borclu tələbkar X8 xeyrinə ödəmişdir. İş materiallarında olan sorğulardan görünür ki, borclu Şəxs mülkiyyətində heç bir əmlakı yoxdur. İnzibati xəta haqqında 45796 saylı icra işi üzrə materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, Şəxs borcundan 300 manat ödəniş etməsi onun cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar