Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-165/2021 19.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “xxxx” MMC-də sürücüekspeditor vəzifəsində işləyən, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, S.Aşıq küçəsində yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X4 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Rəhimə ilə qeyri-rəsmi münasibətdə yaşayır.2017-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aşıq küçəsində ev tikdirmiş, daha sonra münasibətləri pisləşdiyi üçün Rəhimə sözü gedən evin onun şəxsi vəsaiti hesabına tikdirdiyini iddia etmiş, xx.xx.2020-ci il tarixdə Rəhimə onun yaşadığı ünvana gələrək onu və anasını təhqir edib üzərinə hücum etmiş, o da özünü müdafiə etmək üçün Rəhiməni əli ilə kənara itələmiş, daha sonra isə bu barədə telefonla DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, mübahisə zamanı yanlarında başqa şəxsin olmadığını, mübahisənin təxminən 15-20 dəqiqə davam etdiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta olmadığını əsas gətirərək iş ürə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2017-ci ilin aprel ayında rəfiqəsinin ad günündə Namiqlə tanış olmuş, həmin vaxtdan onunla qeyri rəsmi yaşamağa başlamış, Namiq həmin vaxtdan yaşamaq üçün onun evinə köçmüşdür. Namiq yaşca ondan balaca olsa da onu sevmişdir. Faktiki nigah dövründə Masazır qəsəbəsi, Aşıq Sarı küçəsində ev tikmiş, qaz, işıq, su xidmətləri onun adına olmuşdur. Onun puluna Namiqə əvvəl “Mersedes”, VAZ 2107, sonra isə onu satıb BMV X5 almışdır, daima Namiq gündəlik xərclik üçün ondan pul götürmüşdür. Sonradan onun hərəkətlərindən şübhələndiyi üçün onu izləyərkən onun başqa qızla da gəzdiyini görmüş, həmin qızla tanış olarkən Namiqin onu aldadıb 24 000 manat pulunda ələ keçirdiyini, pulunu istədikdə isə onunla gəzməsinə dair qızın qardaşına xəbər verəcəyi ilə şantaj etdiyini öyrənmiş, bu səbəbdən aralarında mübahisə olarkən maşını onun üstünə sürüb ayaqlarının üstündən keçdiyi üçün Xətai rayon Pİ-nə müraciət etmişdir. Onun döyülməsinə görə üç dəfə polisə şikayət etmiş, lakin hər dəfə onunla barışmış, cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Masazır qəsəbəsi, Aşıq Sarı küçəsində yerləşən evinə qaz sayğacı qoydurarkən anasının çağrışı ilə ora gələn Namiq onunla mübahisə etmiş, yaşadığı evin qarşısında, küçədə yumruqla, təpiklə onu döymüş, hamının gözü qarşısında onu təhqir etmiş, sayğac qoymaq istəyən işçilər isə sayğac qoymadan oradan çıxıb getmişlər. Bu hadisəyə səbəb hal-hazırda ona məxsus tikilməkdə olan evin Namiq tərəfindən ələ keçirtmək istəməsidir. Namiq həmin evi onun şəxsi vəsaiti hesabına tikdirmişdir. Onun vəsaiti hesabına tikilmiş evin qapısının kilidini dəyişdirərək yeni kilid qoymuş və anasını rayondan gətirib ora yerləşdirmiş, onu evə buraxmamışdır. Sonda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbslə bağlı olan inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məcnunov Zöhrab Şahlar oğlu ifadəsində göstərdi ki, Şəxs onun qonşusudur. O, həmin küçədə mağaza işlədir. xx.xx.2020ci il tarixdə Namiq və Rəhimənin evinin qarşısında qaz işçilərini və onların maşının görmüş, lakin həmin vaxtı yas yerinə getdiyi üçün başqa hadisələrdən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Quliyevin onun qonşusu olduğunu, Zərərçəkmiş şəxs onunla əlaqədar tanıdığını, usta kimi işlədiyi yerə gedərkən onun evinin qarşısında qaz işçilərini və onların maşını gördüyünü, orada adamların toplaşdığını, kimlərinsə mübahisə etdiyini, lakin onlara fikir verməyərək onun dalınca gəlmiş avtomobilə əyləşərək işə getdiyini bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən Məhkəmə Tibb Ekspertizasının xx.xx.2021-ci il tarixli, 2718 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-sol almacıq nahiyyəsinin qanşırı küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2021-ci il tarixdə saat 17:15 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim olunmuş Xətai RPİ-nin 34-cü PB-nin təhqiqatçısının xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 üç ildən artıq qeyri rəsmi yaşadığı Şəxs onu döyməsi ilə əlaqədar DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında cinayət işi başlanılması rədd olunmuş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Xətai RPİ-nin 34-cü PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. . Məhkəməyə təqdim olunmuş Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısının xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Xətai RPİ-nin 35-ci PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. Məhkəməyə təqdim olunmuş Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs məxsus avtomaşının qabaq təkərinin yararsız hala salmış və ziyan vurmuş naməlum şəxslərin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Abşeron RPİ-nə göndərilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüş, Məhkəmə Tibb Ekspertizasının xx.xx.2021-ci il tarixli, 2718 saylı rəyi ilə 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-sol almacıq nahiyyəsinin qanşırı küt əşya təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə əl ilə vurulma nəticəsində əmələ gələ bildiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin olunduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 14:20 radələrində yaşadığı mənzildə Zərərçəkmiş şəxs baş və boyun nahiyyələrinə yumruqla vurmaqla və xx.xx.2020-ci i tarixdə avtomobili onun üstünə sürərək xəsarət yetirməsinə dair şikayətlər olmuş, təhqiqatçı tərəfindən cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarların surətləri Xətai RPİ-nin 34 və 35-ci PB-nin aidiyyəti əməkdaşlarına göndərilmişdir. Beləliklə məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, şahidləri və inzibati xəta haqqında icraat aparılan şəxsi, dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən,döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəniinzibati xətaların xarakterinə, onun törədilməsi hallarına vəinzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görəisə, fiziki və ya vəzifəlişəxslər barəsindəinzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2021-cu il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-165/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-165/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver