Məhkəmə qərarları › İş №3(012)-165/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-165/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-165/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi ilə, Şəxs MMC-nin direktoru Zurab Toldievin və nümayəndəsi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X3, tərcüməçi X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X10, zərərşəkmiş şəxs X9 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 17.02.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanındakı obyektdə 08.12.2021-ci il tarixdə saxlama müddəti ötmüş “Couture” adlı saç boyaları satılmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X8 izahatında göstərmişdir ki, Heç bir inzibtı icraat başlanmadan və inzibati araşdırma aparılmadan ESTEL Azerbaijan barəsində protokol ciddi qanun pozuntusuna yol verilərək tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən protokolun tərtib edilməsi zamanı iştirak edən Şəxsın baş direktoru X7 xarici ölkə vətəndaşı olmaqla azərbaycan dilini bilməməsinə baxmayaraq inzibati protokol tərçüməçinin və vəkilin iştirakı təmin olunmadan tərtib edilmişdir. Protokol inzibatı xəta törədildikdən 01 ay 05 gün keçdikdən sonra tərtib edilmişdir. Şikayət verən şəxs X12 əvvəllər Estell Azerbaijan MMC-nin işçisi olmuşdur. ESTEL Azerbaijan MMC-də əmək müqviləsinin müddəti bitdiyinə görə tutduğu vəzifədən azad edilmişdir. Bununla razılaşmayan Xəlilov onlardan müxtəlif dövlət qurumlarına əsassız şikayətlər etmişdir. Həmin şəxs qabaqcadan planlaşdırılmış, qeyri-qanuni şəkildə, qərəzli və qanunsuz olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək vaxtı son istifadə tarixi keçmiş malların ona satılması barədə şikayət etmişdir. X12 qərəzli olaraq məhsulların son istifadə tarixi keçmiş və ya həmin malları mənbəyi məlum olmayan yerdən alaraq qərəzli olaraq özündə saxlamış son istifadə tarixi keçdikdən sonra məhsulları təqdim etmişdir. Həmin mallar Şəxs MMC tərəfindən X1. Belə ki, ESTEL Azerbaijan MMC fiziki şəxslərlə alış veriş etmir. Həmçinin həmin malların hansı mağazadan və X12 tərəfindən alınmasını təsdiq edən sübutlar məlum deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ESTEL Azerbaijan MMC-nin baş direktoru X7 Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X3 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X15 izahatında göstərmişdir ki, ESTEL Azerbaijan MMC tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi Xırdalan-Güzdək yolu, ev 1, mənzil 12 ünvanındakı obyektdə 08 dekabr 2021-ci il tarixdə saxlama müddəti keçmiş Conture adlı saç boyaları satılmışdır. Qeyd olunanları vətəndaş Rüfət Xəlilovun 06.01.2022-ci il tarixli 13/4 və İX–D/Y- 196/2022 nömrəli müraciət əsasında inzibatı araşdıılma aparılmışdır. X2 təqdim etdiyi kassa qəbzi, məhsulun satış sənədi və saxlama müddəti keçmiş Conture adlı saç boyaları müraciətdə göstərilələri təsdiq etdiyi üçün üçün 17 yanvar 2022-ci il taixdə Şəxs MMC-nin baş direktoru X4 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibatı protokol tərtib edilərək bütün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. İnzibatı icraat X9 müraciəti əsasında başlanmışdır. İş üzrə inzibati icraat başlanması barədə qərar qəbul eilməmiş və maddi sübuların götürülməsi barədə protokol tərtib edilməmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, əvvəllər Şəxs MMC-nin işçisi olmuşdur. Qeyd olunan məhsulları birbaşa şirkətin özündən almışdır. Ümumiyyətlə iş qrupuna şirkət tərəfindən satılması üçün son istifadə tarixi keçmiş məhsulların siyahısı göndərilirdi. Hal-hazırda da Şəxs MMC şirkətində son istifadə tarixi keçmiş məhsullar vardır. Şəxs MMC-nin keçmiş işçisi olsada onlarla şəxsi ədavəti yoxdur. Vicdanlı vətəndaş kimi Şəxs MMC-nin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlə müraciət etmişdir. Kassa qəbzi və malın sənədləri onun adına yox Jalə gözəllik salonunun adınadır. Jalə gözəllik salonununda işləmir və həmin salonun nümayəndəsi deyil. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan qassa qəbzi və həmin qəbzə əlavə edilmiş məhsulların sənədi ilə müəyyən edilir ki, Şəxs MMC tərəfindən Jalə gözəllik saslonuna müxtəlif rəng çeşidli, hər-birinin qiyməti 01 (bir) manat olmaqla cəmi 20 (iyirmi) ədəd, toplam 20 (iyirmi) manat dəyərində saç boyaları satılmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayılması ilə bağlı aparılan yoxlamalar plandankənar (növbədənkənar) yoxlama hesab olunur. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Məhkəmə hesab edir ki, qeyd edilən materialda inzibati xəta törədilməsi ehtimal olunan inzibati xətada hüquqi şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü məhkəməyə təqdim olunmuş sübutlar, hüquqi şəxs tərəfindən verilmiş qeyd olunan xüsusatlar, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından araşdırılmalı, onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə qəti qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətliolan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlarsayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ona görə də, məhkəmənin fikrincə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımi tədbirlər görmədiyindən, hazırki inzibati xəta haqqında iş üzrə qərarı işin hallarının tam və hərtərəfli şəkildə araşdırılmaması ilə bağlı əsaslı və qanuni hesab edilə bilməz Belə ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Şəxs MMC-yə məxsus ünvan 1 ünvanındakı obyektdə 08.12.2021-ci il tarixdə saxlama müddəti ötmüş “Couture” adlı saç boyaları satdığına görə X9 müraciəti əsasında tərtib edilmişdir. iş materiallarında olan qassa qəbzi və həmin qəbzə əlavə edilmiş malların sənədi ilə müəyyən edilir ki, Şəxs MMC-nin tərəfindən Jalə gözəllik salonuna müxtəlif rəng çeşidli, hərbirinin qiyməti 01 (bir) manat olmaqla cəmi 20 (iyirmi) ədəd cəmi 20 (iyirmi) manat dəyərində saç boyaları satılmışdır. X9 həmin əşyalarln alqı-satqısı ilə hansı əlaqəsi olması müəyyən edilməmiş inzibati protokol tərtib edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 101.1,101.2.-ci və 101.3. maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İş materiallartı ilə müəyyən edilir ki, inzibatı protokol güman edilən inzibati pozuntu tprədildikdən bir ay doqquz gündən sonra tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, inzibati araşdırma zamanı və protokol tərtib edilərkən MMC-nin baş direktoru X6 tərcüməçi təyin edilməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən maddi sübutların götürülməsi barədə protokol tərtib edilməmiş, Jalə gözəllik salonunun baxılan işlə əlaqəsinin olub olmaması aydınlaşdırılmamış, nümayəndəsi dindirilməmişdir. Jalə gözəllik salonunun Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci16.1.3-cü, 16.11-ci, 17.3-cü maddələri kobud surətdə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. [39] Qeyd edilən Məcəllənin 105.1 -ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddələri üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar